Wednesday, September 19, 2018

GÜRCÜSTANIN BAŞ NAZİRİ VƏ PREZİDENTİ HZ. MƏHƏMMƏD PEYĞƏMBƏRİN MÖVLUDU GÜNÜ MÜNASİBƏTİ İLƏ ÖLKƏ MÜSƏLMANLARINI TƏBRİK ETDİ

Written by  Dekabr 16 2016
Rate this item
(1 Vote)

Hər iki təbrikdə müsəlmanalara əziz İslam Peyğəmbərinin (s) doğum günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Gürcüstanın Baş nazir Giorgi Kvirikaşvili təbrikində yazır:

“Bütün qəlbimlə Gürcüstanın bütün müsəlman əhalisini Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə təbrik edirəm. Əminəm ki, biz birlikdə qarşılıqlı şəkildə hörmət və məhəbbətlə Gürcüstanda yaşamağa davam edəcək və onun firavanlığına çalışacağıq. Mən sizinlə birgə bu bayrama qatılıram və hər birinizə sülh və sağlamlıq, mənəvi sakitlik və çiçəklənmə arzulayıram”.

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili təbrik məktubunda qeyd edir:
“Səmimi qəlbdən Gürcüstan müsəlmanlarını Məhəmməm Peyğəmbərin doğum günü münasibəti ilə təbrik edirəm. Vətəninə sadiq olan əməksevər və özəl müsəlman həmvətənlilərimi çoxrəngli ölkə ictimaiyyətimizin ayrılmaz bir hissəsidirlər. Tariximiz və keçmişimiz bir olduğu kimi bizim gələcəyimiz də bir olacaqdır. Buna görə də sizin sevinciniz hər bizimizin sevincidir. Sizə və ailənizə sülh, əminamanlıq, bol, firavan ruzi, xöşbəxt həyat arzulayıram.”

Biz BGMİ olaraq təbriklərə və dinimizə göstərdikləri diqqət və qayğıdan dolayı ölkə rəhbərlərinə müsəlmanlar adından minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, ölkənin dini təqvimində Ramazan və Qurban bayramları ilə birgə Hz. Məhəmmədin, İmam Əlinin (ə), Hz. Fatimeyi Zəhranın (s.ə) doğum günləri və Məbəs və Qədir-xum bayramları da qeyd edilmişdir.

Read 738 times Last modified on Last modified on Dekabr 25 2017