Friday, November 16, 2018

MARİXUANAYA VƏ LEQALLAŞMASINA YOX!

Written by  Avqust 01 2018
Rate this item
(0 votes)

Gürcüstanda marixuanadan istifadə ilə bağlı bütün sanksiyaların ləğv olunması haqqında Konstitusiya Məhkəməsinin qərarı xəbəri bizim və ümum ölkə vətəndaşının narahatçılığına səbəb oldu.


İddiaçıların fikrinə görə “marixuanadan istifadə şəxsiyyətin azad inkişafı ilə bağlı hüququdur və marixuanadan ziyan yalnız onu istifadə edən şəxsə dəyə bilər və bununla bağlı məsuliyyəti də həmin şəxs daşıyır”.
Biz düşünürük ki, bir neçə nəfərin şəxsi iddiası kütləni narahat edən bu həssas məsələ haqda bir qanuni icazə formasına gəlməməlidir. Çünki marixuananın leqallaşması halı narkotik istifadəçilərinin kütləvi artımına səbəb olub marixuananın və digər ağır narkotik növlərinin azad satışının sayını daha da artıra bilər.
Unutmamalıyıq ki, marixuanadan istifadə narkomanlıq yolunda ilk addımlardır. Onun ardınca narkotikin daha təhlükəli növlərindən istifadə dövrü başlayır.
Marixuananın leqallaşması onsuz da sayı az olmayan istifadəçilərinin sayını daha da artıracaqdır. Ondan müntəzəm istifadə insan sağlamlığı üçün də olduqca zərərlidir. 
Onun ictimai fəsadları da az deyildir. Başqalarını narahat etmək, ictimai ortamı pozmaq və gənclərə yanlış və zərərli vərdişlər aşılamaqla onları elmi, fikri və sosial inkişafdan dayandıracaqdır.
Buna görə də Gürcüstan Müsəlmanları idarəsi və ölkə müsəlmanlar marixiuana ilə bağlı qəbul olunmuş qərarı yanlış hesab edir. Ümum əhalinin də fikrini nəzərə alaraq bu məsələyə yenidən baxmağı və marixuananın leqallaşması haqda qanununun ləğvinə dair qərar qəbul etməlidir. 
Allah dünyanı, ölkəmizi və vətəndaşlarımızı qorusun. Tanrı dövlətimizə sülhün yaşaması, ərazi bütövlüyünün bərpası, bolluq və firavanlıqın formalaşması və hər sahədə inkişafı yönündə yardımçı olsun. Amin!

Gürcüstan Müsəlmanları idarəsi

Read 132 times