Friday, November 16, 2018

ÖRTÜNMƏK TƏRZLƏRİ XANIMIN İNANC VƏ ŞƏXSİ SEÇİMİNDƏN İRƏLİ GƏLİR. ONA HÖRMƏTLƏ YANAŞILMALIDIR.

Written by  Sentyabr 10 2018
Rate this item
(0 votes)

Neçə gün öncə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə “Patriotlar alyansı” fraksiyasının üzvü Emzar Kvitsiani çıxış edib.
Onun verdiyi təklifə əsasən, Gürcüstanda ictimai yerlətdə çadra (çarşab) və niqabdan istifadənin qadağan olunması və əməl etməyənlərin isə pulla cərimələnməsidir.


Bəzi avropa ölkələrindən təsirlənib əssasız arqumentlər gətirən bu şəxs bilməlidir ki:

• Yaradanın əmri olan örtünmək tək İslamda deyil bütün dinlərdə mövcuddur. Çadraya bənzər geyim tərzinə elə xristian və yəhudi dinlərində də rast gəlinir. Parlamentin qanun qəbul edib tək bir dində olan örtük tərzinə qadağa qoyması necə haqlı hesab oluna bilər?

• Gürcüstana yaxın ölkələr vətəndaşlarının və ölkədə qonaq olan turistlərin böyük bir hissəsi müsəlmandır. Onların qadınlarının da müəyyən hissəsinin geyim formasında niqab və çadra vardır. Çadraya qadağa qoyulduğu zaman ölkə onların inanc və şəxsi seçim hüquqlarını pozmuş olmazmı? Bir halda ki, ölkəmizdə açıq-saçıq gəzənlərə sərbəstlik hüququ tanınıb.

• Kəlağayının, yaylığın, örpəyin, yaşmaqın, baş örtüyünün mövcud olduğunu ölkəmiz yeni kəşf etmir. Bu ta qədimdən ana-nənələrimizin geyim tərzində rast gəlinilibdir. Bir zamanlar sovetlər dövründə cəhalət kimi təqdim olunaraq, tənqid edib mübarizə apardılar. İndi isə demokratik, din və vicdan azadlığının hökm sürdüyü ölkədə belə qanun qəbul olunarsa insan haqlarından söz gedə bilərmi? 
Marixuananın leqallaşmasını tələb edən belə bir şuar deyirdi: “Mənim bədənim mənə aiddir”. Bu məsələdə həmin şüar açıq-saçıq olmağa keçərli olduğu halda örtünənlərə nədən şamil olmur?.

Biz demirik İslamda qadınların çadra geyməsi və niqablı olması qəti şərtdir. Qadın üçün vacib olan – hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtünməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur.

Lakin ziyarətgahlarda, ibadət yerlərində və xüsusi mərasimlərdə çadradan istifadə olunur. Bəzən də müəyyən xanımlar yuxarıda sadaladığımız şərtlərə ən kamil şəkildə cavab verən libas növü çadra olduğunu düşünüb ona üstünlük verirlər.

Əgər bir insan hesab edirsə ki, o, hicablı olmaq üçün çadrada gəzməlidir, bu, onun hüququdur. Hicab bizim İslam dinimizdən irəli gələn, bizim inancımıza daxil şərtlərdən biridir. Ona görə də hicaba qarşı hər hansı təzyiqləri normal hesab edə bilmərik. 
Tolerantlığın hakim olduğu dövlətimizdən bu olduqca həssas məsələdə diqqətli olmasına, müsəlman xanımların inanc və seçimlərinə hörmətlə yanaşmasına və ölkə parlamentini hicabın bu növünə qadağa ilə bağlı qanunun qəbul etməməsinə çağırırıq.

Read 78 times