Saturday, July 20, 2019

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA MÜBAHİSƏLİ ZONA İLƏ BAĞLI YARANMIŞ VƏZİYYƏTƏ MÜNASİBƏT BİLDİRİB

Written by  May 06 2019
Rate this item
(0 votes)

Bu gün keçirilən mətbuat konfransından məqsəd son zamanlar David Qarace məbədi - Keşişdağ manastrı haqqına yaranmış vəzityyətə və edilən məsuliyyətsiz çıxışlara münasibət bildirmək olub.

"Mtavari" media mərkəzində keçirilən Mətbuat konfransında Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Müxtəlif Medya və Kütləvi İnformasiya Vasitələrinin suallarını cavablandırıb.
O sözlərində qeyd edib ki,”təəssüflə keçmiş Sovet hökuməti dövründən sərhəd iki qonşu dövlətin zonasına mübahisəli zonanın qalması və bü günə qədər həll olunmaması arasıra mübahisələr yaradır. Düşünürük ki, məsələnin əsaslı həlli üçün tərəflər arasında komissiya təşkil edib, sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır. Ümüd edirik ki, bu məsələ Gürcüstan və Azərbaycan arasındaki dostluq ab-havasına yaraşır bir şəkildə və strateji tərəfdaşlığa uyğun olaraq həll olunacaq. Qonşu və qardaş xalqlar arasında əsrlər boyu gələn dostluq ənənəsini davam edəcəkdir.”
O sözlərində onu da əlavə edib ki, “hər iki qonşu dövlətin əsas problemi işğal altında olan 20% torpaqlarıdır. Ehtiyatlı olmaq lazımdır ki, məlum mübahisəli vəziyyətdən dolayı işğal altında olan torpaqları ikinci plana atılmasın və müəyyən üçüncü qüvvələr bu vəziyyət üzərindən siyasət yürüdərək daha da həll olunmaz gərgin vəziyyətin yaranmasına gətirib çıxarmasınlar”.
“Son zamanlar məsələ ilə bağlı ölkəmizin bəzi siyasi xadimlərinin və din adamının sərt mövqeyi və düşünülməmiş təhqiredici çıxışları ilə rastlaşırıq. Biz düşünürük ki, emosiyalara qatılaraq belə məsuliyyətsiz sözlər xalqlar və dövlətlər arasıda olan isti münasibəti korlaya bilər. Ona görə də bu məsələdə olduqca həssas olmalı, hisslərə toxunan təhqiredici sözlərdən çəkinilməli, bunu dinlər və millətlər arası münaqişəyə səbəb olacaq dərəcəyə gətirib çıxarmamalıyıq”.
O, sonda ölkə və dünya müsəlmanlarını Ramazan ayı münasibəti ilə təbrik edib. Duaların qəbul olduğu rəhmət ayı boyunca hər iki qonşu ölkənin və dünyanın sülhü-əminamanlığı, rifahı, bol ruzi bərəkətin olması üçün dua edəcəklərini bildirdi.

Read 108 times