Saturday, December 15, 2018

Ötən həftə bir qrup Gürcüstanlı İctimai xadim İran İslam Respublikasında tarixi və dini məkanlarda, müqəddəs ziyarətgahlarda olmuşlar.


Bu gün Gürcüstan Parlamentinin Hüquq Komitəsi Dini məkanların mülküyyət məsələsi və dini məkanların müəyyən vergidən azad olmaları haqqında dini icmaların və QHTlərin iştirakı ilə toplantı keçirdi.


Bu gün Gender bərabərliyi, qadınlara qarşı zorakılıq və ailə zorakılığı məsələləri üzrə idarələrarası komissiya, “XXI əsr” Birliyi və BMT-nin Əhali Fondunun Gürcüstan ofisi tərəfindən Tbilisidə növbəti konfrans keçirilib.


Bu gün Tbilisidə “Alul-beyt” Mədəniyyət Mərkəzinin konfrans zalında Hz. Peyğəmbərin (s) mövluduna həsr olunmuş "İslam Peyğəmbərinə (s) görə müsəlman qadını" mövzusunda konfrans keçirilib. Konfrarnsda din, elm və ictimaiyyət xadimələri müəllimələr və tələbələr iştirak edib.


Dmanisi və Bolnisidə keçirilən bayram mərasimi də Gürcüstanın digər yerlərində keçirilən tədbirlərdə olduğu kimi Qurani-Kərimin tilavəti ilə başladı.


Kərbəla ziyarətinin zəvvarları artıq bu şəhərə yetişiblər. Bu ayın 17-dən din xadimi və dindarlardan ibarət ziyarət karvanı öncə Qumdakı ziyarətlərdə olub ordan Nəcəf şəhərinə yola düşüblər.

Bu ayın 19-dan başlayaraq bir həftə müddətində (“Vəhdət həftəsi”) dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizin bir neçə bölgələrində Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) təvəllüdləri münasibəti ilə bayram tədbirləri keçirilir.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanan bölgələrə görə vətəndaşların hansı dinə mənsub olmaları və dini ibadət məkanlarını əks etdirən xəritələr gürcü və ingilis dillərində iri müqəvvalarda çap olunub. 


Ötən gün Laqodexinin Qabal kəndində Hz. Məhəmməd Peyğəmbərin (s) mövludu günü və Vəhdət həftəsi münasibəti ilə bayram tədbiri keçirilib. 


Acarıstan Muxtar Vilayətinin mərkəzi şəhəri Batumidə Mövlud bayramı və Gürcüstan Müsəlmanları idarəsinin illik hesabatı ilə bağlı tədbir keçirilib. Tədbirdə din xadimləri, dövlət rəsmiləri, Azərbaycan, İran və Türkiyə konsulluq nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak edib.


1 -dən səhifə 17