Saturday, July 20, 2019

QURANDA Yerin cazibə qüvvəsi

Written by  Dekabr 27 2017
Rate this item
(0 votes)

Quranın başqa bir ayəsində Yer kürəsinin cazibə qüvvəsinə malik olmasını görürük ki, bu da Qurandan necə əsr sonra məşhur ingilis fiziki və riyaziyyatçısı İsaak Nyuton tərəfindən kəşf olunmuşdur.

Yer bütün cisimləri, insan və heyvanları, dəniz və okeanları, Ayı, Günəşi, peykləri və s. özünə cəzb edir. Lakin, bu cismlər də Yeri özünə cəzb edir. Məsələn, Ayın Yeri cəzb etməsi Yerdə suların qabarmasına və çəkilməsinə səbəb olur ki, bu zaman okean və dənizlərdə nəhəng su kütləsi sutkada iki dəfə vəziyyətini dəyişir. Günəş ətrafında hərəkət edən Yer və digər planetlər həm də Günəş tərəfindən bir-birini cəzb edirlər. Ona görə də kainatın bütün cismiləri bir-birini qarılıqlı cəzb edir. Quran isə cazibə qüvvəsini İ. Nyutondan təqribən min il əvvəl xəbər vermişdir. Rəd surəsinin 2-ci ayəsində oxuyuruq:

«Göyləri göodüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (Qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. ( Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza(Qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza) bəlkə inanasınız».

Olsun ki, ayədə cazibə qüvvəsini ifadə edən kəlmə gözə görünməz bir sütun mənasında işlədilmişdir. Başqa bir ayədə, Allahın sözlərində oxuyuruq: «Yer uzanıb dümdüz olacaq». « Qoynunda olanları bayıra atıb boşalacaq». ( İnşiqaq surəsi, 3-4-cü ayələr)

   Qiyamət günündə Yerin vəziyyətindən xəbər verən bu ayədən açıq-aşkar məlum olur ki, əgər Yerin cazibə qüvvəsi olmasaydı, uzərində məskunlaşmış və yerləşmiş hər bir varlıq puç olub korlanardı. Necə ki, bu barədə dünyada olan bütün əşyalar, proseslər, ümumiyyətlə hər bir varlıq barədə xəbər verən Quran-Kərim 14 əsr bundan əvvəl insanları xəbərdar etmişdir ki, Qiyamət günü Yer özünün qoynunda olanları bayıra atacaqdır.

Read 977 times