Friday, November 16, 2018

Sekular ölkələrdə Dövlət-Din münasibətləri

Written by  İyul 12 2016
Rate this item
(0 votes)

Bağışlayan və mehriban Allahın adı ilə

Tarixə nəzər saldıqda görürük ki, ateizimin hökm sürdyü SSRİ də dünyəvi dövlət idi.

Yəni orada da din dövlətdən ayrı idi. Lakin ayrı olsa da, sovet hökuməti dinin yaşamasını məqbul hesab etmirdi. Çünki şəxsiyyətin azadlığına aparan sağlam və saf etiqadlı dinin gücünə bələd idi.

Sovetlər dağıldıqdan sonra bir neçə ölkələr kimi müstəqillik bərpa edən ölkəmiz dövlət-din münasibətlərində yeni bir mərhələ başladı.Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, sağlam dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı.İbadət evləri təmir olundu, yeniləri inşa edildi  və dini təhsil müəssisələrinin əsası qoyuldu.İnsanlar dini bayramlarını azad, sərbəst qeyt etmək hüququ əldə etdi. Gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Həmin keçid dövründə qeyd olunan müsbət dəyişikliklərlə yanaşı dini durumda narahatlıq doğura biləcək məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən qüvvələr meydana çıxdı. Onlar bütün imkanlarını səfərbər edərək qeyri-ənənəvi dini təlimləri təbliğ edir, dini durumun gərginləşdirilməsinə, radikal dini təriqətlərin yayılmasına çalışırdılar.

Həmin dövrlərdə, belə bir ağır şəraitdə Gürcüstan  hökumətinin üzərinə ciddi vəzifələr düşürdü:

Çox millətli və dinli ölkədə tolerantlıqı və dözümlülük ənənələrini qorumalı idi;

Dinlər və məzhəblər arası dini durumunvə sabitliyin qorunub saxlanılmasına çalışmalıydı;

Din üzərindən çikin məqsədlər üçün istifadə etmək istəyənlərlə mübarizə aparmalı idi;

Radikal təriqətlərin və missioner təşkilatların fəaliyyətinin nəzarətə götürməli idi.

Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum göstərirdi ki, yenicə müstəqillik əldə edən dövlətimiz bu vəzifələrin öhdəsindən uğurla gələ bilmədi. 

Hal hazırkı çağdaş zamanda sekular dövlətimizdə “Din və vicdan azadlığı” əsas tutularaq dinlərin sərbəst yaşamlarının təmin olunmasından əlavə dövlətdə dinlərə diqqət ayırıb maraqlanmaq və onlara qayğı göstərmək hallarının şahidi oluruq. Dövlətimiz Sovet totalitar rejimi dövründə dinlərə dəymiş zərəri qarşılama məqsədi ilə müəyyən vəsait də dini icmaların ixtiyarında qoymuşdur.

Biz İslam dini İcması olaraq bu halı müsbət qiymətləndiririk. Anacaq hesab edirik ki, dövlətin ölkədəki dini durumu, sabitliyi qoruyub saxlaması, radikal təfəkkürlü ölkənin tolerantlığını sarsıdan qeyri ənənəvi inancların uzaq olması, dövlət din münasibətlərinə şəffaflıq gətirilməsi  və ən başlıcası bütün dinlərin dövlət qarşısında beynəlxalq hüquq normalarına uyğun bərabər olması üçün dövlətdə dini qanunun qəbul olunması zəruridir. Məhz belə halda heç bir dinin və ardıcıllarının haqları zədə almaz və dövlət din münasibətləri də düzgün tənzimlənmiş olar.

Bəs dövlətin din münasibətləri necə olmalıdır ki, sinxronluq kəsb eləsin? Yəni həm dini üsul və prinsiplər razı qalsın, həm də dövlət maraqları zədə almasın? Din dövlət müstəqilliyinə və suverenliyinə xidmət etsin və dövlət də dinin azadlığına şərait yaratsın?          

Bu sualların cavabını verməmişdən öncə demək istərdim ki, Sekular dövlətlərdə “Dövlət və din münasibətləri” məsələsində ümumiyyətlə  üç əsas format təsəvvür olunur:

Dövlətin dini idarə etməsi, mövcud hakimiyyətin öz siyasi maraqlarına alət etməsi;

Dövlətin dini kontrol etməsi və dini durumu nəzarətdə saxlaması;

Dövlətin dinə diqqət ayırması, qayğı göstərməsi və sağlam dinin yaşamasına dəstəyi.

Yuxarıdakı halları nəzərdən keçirərək bildirmək istərdim ki, birinci hal yol verilməzdir. Çünki dinin azadlığı qorunmalıdır və ona müdaxilə diskriminasiyadır və ondan müəyyən siyasi maraqlar üçün yararlanmaq, spekulyasiya etmək həm dini icmanın ictimaiyyətdəki etibarını itirər və həmçinin dövlətə inamsızlıq yaradar.

İkinci formata gəlincə “Dövlətin dini kontrol etməsi və dini durumu nəzarətdə saxlaması” sadəcə radikal dini cərəyanların ölkədə ayaq almaması və onların çirkin plan və məqsədlərin ifşası və onlarla vaxtında mübarizə aparmaq istiqamətində ölçü götürməsi üçün olarsa  məqbul və hətta vacib hesab olunur.

Üçüncü format olan “Dövlətin dinə diqqət ayırması, qayğı göstərməsi və sağlam dinin yaşamasına dəstəyi” müsbət haldır. Əgər dövlət ölkə vətəndaşlarının dininə sayqı nümayiş etdirib bərabər şəkildə diqqət və qayğı göstərsə, hüquqlarını ədalətli şəkildə tənzimləyərsə bu zaman sağlam inanclı insanı və saf və vətənpərvər vətəndaşın formalaşdığının şahidi olarıq.

Təəssüflə qeyd etmək olar ki, bu gün bir çox inkişaf etmiş sekular dövlətlərdəki dini duruma baxdığımız zaman dövlətlərin dinə qarışdığını, idarə etdiyini və müəyyən dinin ehkamlara qadağalar gətirdiyinin şahidi oluruq. Sekular dövlətlərdə (Dİn dövlətdən ayrıdır) şüarı olduğu halda bəzən belə fikir oyanır ki, “Sekularizm dinin dövlətdən ayrı olması deyil, dövlətin dini idarə etməsi və əzməsi” üçün bəhanədir.

Dövlətdin münasibətlərinin düzgün qurulmasında ilk öncə BMT-nin İnsan Haqları Bəyannaməsinə, Avropa İnsan Haqları riayət olunmasını, vicdan azadlıqlarının təmin edilməsini zəruri sayır. Çünki onun qənaətincə, insan haqlarının pozulması din sahəsində də çoxlu problemlər yaradır və cəmiyyətdə radikalizmi artırar və sabitiliyin pozulmasına, tolerantlığın zəifləməsinə gətirib çıxarır.

Sözümün sonunda qeyd etmək istəyirəm ki, müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən biri insanlar arasında dini dözümlülüyün gücləndirilməsinin, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu göstərir. Bu şəkildə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir. Bu ənənənin qorunması məqsədi ilə də ölkəmizdə müxtəlif tədbirlər həyata keçsə də etiraf etməliyik ki, hələ də ictimaiyyətdə xüsusi ilə də İslamla bağlı dözümlülük ruhu tam formalaşmayıbdır. Bu sahədə davamlı və əsaslı maarifləndirməyə ehtiyac duyulur.

 

Hacı Ramin İgidov

Read 385 times Last modified on Last modified on Dekabr 28 2017