Sunday, June 24, 2018

DİN ALİMLƏRİ VƏ DÜNYƏVİ ELMLƏR Featured

Published in YAZILAR Written by  May 15 2011 font size decrease font size increase font size
Rate this item
(0 votes)

Əziz oxucular! Elmə və elm əhlinə sonsuz dəyər və qiymət verən İslam dininin və müsəlmanların dünyaya bəxş etdiyi bir çox elmi əsərləri, kəşfləri sizə təqdim edirik. Məqsədimiz əbədiyaşar islam dininə terror damğası vuranlara bir daha layiqli cavab verməkdir.

 

Fizika:

Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini düşünürük. Halbuki, Razi və Biruni neçə əsr öncə yerin cazibəsini kəşf etmiş, bu sahədə nəzəriyyələr ortaya atmışlar.

İlk uçuş sınağını İsmayıl Cövhəri (950-1010) həyata keçirərək həlak oldu. Əhməd Çələbi isə (17-ci əsr) ilk uğurlu uçuşu həyata keçirə bilmişdir. O, taxdığı «qanadlar» ilə İstambuldakı Qalata qülləsindən Üsküdardakı dağlara qədər uçmuşdur.

İlk təyyarəni hələ 880-ci ildə İbn Firnans adında bir İslam alimi qurmuşdur. O, quş tükü və qumaşdan istifadə edərək hazırladığı təyyarəsi ilə uzun müddət havada qalmış və daha sonra süzərək yerə enmişdir. Qərbdə isə Oliver Rayt qardaşları 1903-cü ildə buna nail ola bilmişlər.

Farabi (870-950) səsin fiziki izahını vermişdir. İbn Karara (vəfatı-1100) ilk torna dəzgahını qurmuşdur. Əhməd ibn Musa «Mükəmməl nizamlar» adlı əsərində 1000-ə qədər avtomatik nəzarət sistemli alətin şəklini çəkmişdir. Əbu İsmayıl əl-Cəzəri (vəfat: 1206) isə «Kitabül-hiyəl» adlı mükəmməl əsəri ilə kibernetikanın qurucusu olmuşdur.

Nəsirəddin Tusinin tələbəsi Qütbəddin Şirazi,  Dekartdan 300 il öncə göy qurşağı hadisəsini düzgün bir şəkildə izah etmişdir.

Atomda böyük bir enerjinin olduğunu, parçalana biləcəyini və parçalandığı zamanda Bağdadı alt-üst edə biləcək bir gücə sahib olduğunu irəli sürən Cabir ibn Həyyandır (721-805).

Fəlsəfə

İslаm fəlsəfəsi ənənəvi Şərq fəlsəfəsinə mənsubdur. Fəlsəfəyə  mаrаq  Аzərbаycаndа dа özünü göstər-mişdir. XI əsrdə yаşаyıb-yаrаtmış və fəlsəfəni bilаvаsitə İbn Sinаdаn öyrənmiş filоsоf və pеdаqоq Əbülhəsən Bəhmənyаr ibn Mərzbаn əl-Аzərbаycаni (vəf.1065) fəlsəfi, pеdаqоji fiкir tаriхində хüsusi yеr tutur. Sоnrакı əsrlər dövründə аlimlər nəslinin yеtişməsində Bəhmənyаrın хidmətləri böyüк оlmuşdur. Məşhur filоsоf Əbül Аbbаs Ləvкəri Bəhmənyаrın şаgirdi оlmuşdur. Ləvкəridən Əfzələddin Gilаni, оndаn Sədrəddin Sərəhsi, оndаn Fəridəddin Dаmаd, оndаn dа Nəsirəddin Tusi təhsil аlmışdır.

İbn Sina Əl-Farabidən (870-950) sonra Aristotel nəzəriyyələrinə varis çıxan ən böyük filosof sayılır. Ardıcılı olduğu Məşşai fəlsəfəsi İslam dünyası üçün mütləq bir fəlsəfə sistemləşdirə bilməsə də, müsəlmanlar arasında uzun əsrlər boyu hakim fəlsəfi nəzəriyyə olmuş və geniş yayılmışdır. Bu fəlsəfənin Bəhmənyar ibn Mərzban (993-1066), Nəsirəddin Tusi (1201-1274), İbn Bacə (1095-1138) kimi görkəmli nümayəndələri olmuşdur.

İbn Sinadan başlayaraq Məşşai fəlsəfəsinin sistemləşərək genişləndiyi bir dövrdə yeni bir fəlsəfi cərəyan zühur etdi. Bu fəlsəfi cərəyana görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəvərdi (1154-1191) başçılıq edirdi. Sührəvərdi həm Platonun, həm də Aristotelin fəlsəfi fikirləri ilə tanış idi. O, yaratdığı fəlsəfəyə «İşraq fəlsəfəsi» (intuitiv fəlsəfə) adını vermişdi.

Haqqında danışılan məşşai və işraq fəlsəfələri, eləcə də irfan və sufilik cərəyanları, kəlam məktəbi İslamın təfəkkür tarixində uzun illər ixtilaf və münaqişə mənbələri kimi çıxış etdilər. Bu cərəyanlardan heç biri müsəlman dünyası üçün mütləq bir təfəkkür məktəbi yarada bilmədi. XVII yüzilliyin birinci yarsında İslamın təfəkkür tarixində mühüm bir yenilik baş verdi. Bu yeniliyi İslam dünyasına misilsiz filosof Sədrəddin Şirazi (1572-1641) bəxş etdi. Molla Sədra adı ilə şöhrət tapan bu mütəfəkkir yeni kəşfləri ilə təfəkkür aləmində neçə-neçə əsrlik tarixi olan bir boşluğu doldurdu. O, əqli dəlil və isbat yollarını, ruhun paklanmasını, Quran və sünnəyə istinad edərək dini üsulların müdafiəsini və həqiqətin kəşfi ilə yanaşı ona qovuşmağı mühüm amillər kimi öz fəlsəfəsində birləşdirdi. Molla Sədra bu fikir cərəyanlarını (işraq və məşşai fəlsəfələri, kəlam, irfan və sufilik) birləşdirib, köhnə fikirlərdən ibarət ümumi bir məktəb yaratmadı, əksinə o, sözün əsl mənasında tamamilə yeni bir fəlsəfə yaradaraq həmin məktəbləri özündə həzm etdirdi. Molla Sədra bu əvəzsiz, mi-silsiz məktəbə «Mütəaliyə (ucalıq) fəlsəfəsi» adını qoydu. Cəmi iki yüz məsələdən ibarət dar çərçivədən kənara çıxmayan fəlsəfə Molla Sədra tərəfindən genişləndirilərək məsələlərinin sayı yeddi yüzədək artırıldı. Onun fikrincə fəlsəfə və şəriət elmləri bir-birinə zidd deyildir. Molla Sədranın nəzəriyyələrində çatışmazlıqların ola biləcəyi istisna deyildir. Lakin «Mütəaliyə fəlsəfəsi»ni müsəlmanların ən kamil təfəkkür məktəbi hesab etmək olar.

Astronomiya:

Müsəlman alimlərini ən çox maraqlandıran bir elm sahəsi də, astronomiya olmuşdur. İslаm аlimləri еlm-nücumа (аstrоnоmiyа) böyüк mаrаq göstərmişlər. Bu оnunlа bаğlı olmuşdur ki, аstrоnоmiyа din ilə bаğlı bir sırа məsələlərin həlli üçün fакtiк mаtеriаl vеrirdi. Nаmаzın vахtlаrının və qiblənin səmtinin müəyyən еdilməsində аstrоnоmiyа böyüк əhəmiyyət кəsb еdirdi. Hələ VIII-IX yüzilliкlərdə Bаğdаd, Şаm Qаhirə, Mаrаğа, Nişаbur, Səmərqənd və İstаnbul şəhərlərində rəsədхаnаlаr inşа еdilirdi. Аstrоnоmiyа sаhəsində İslаm аlimlərinin qəbul еtdiкləri bir çох tеrminlərin Аvrоpа dillərinə кеçməsi və bu günlərədəк yаşаmаsı bu yöndəкi uğurlаrı təsdiq еdir.

İslam ölkələrinin demək olar ki, hər böyük şəhərində bir rəsədxana var idi. Cordano Bruno (1546-1601), Kopernik (1743-1543) və Qaliley (1564-1642) kimi bir çox qərb alimlərinə məhz müsəlmanların bu sahədəki əldə etdikləri nailiyyətlər ilham qaynağı olmuşdur.

IX və X əsrlərdə dünyanın kürə şəkilli olduğunu və fırlandığını Musa qardaşları təsbit etdi. Onlar Sincan səhrasını ölçərək yerin bir dərəcəlik meridianını təsbit etmişdilər. Sadəcə bir qədər yanılaraq ekvatorun uzunluğunun 3900 km-ə yaxın hesablamışdılar. (Müasir elm isə onu 4000 km. hesab edir).

Musa qardaşlarından səkkiz əsr sonra (1736) Madpetlisin rəhbərliyi altında qərb alimləri bu sahədə “müvəffəqiyyətlər” əldə edə bildilər. Florensiyalı Qalileo Qaliley isə onlardan dörd əsr sonra dünyanın fırlandığını iddia etdi.

Bir halda ki, Biruni ondan neçə əsr əvvəl yerin həm öz oxu ətrafında həm də, günəşin ətrafında fırlandığını isbat etmişdi.

Qeyd etmək lazımdır ki, Qurani-kərim bu barədə hələ 7-ci əsrdə məlumat vermişdir.

Günəşin üzərindəki ləkələri kəşf edən Fərqaninin astronomiya sahəsindəki əsərləri Avropada 700 ilə qədər dərs kitabı olaraq oxunurdu. Tropik əyriliklərini ilk dəfə olaraq o hesablamışdı.

Dünyanın məşhur astronomu arasında ön cərgədə yer alan Bəttaninin «Sabi cədvəlləri» adlanan astronomiya cədvəlləri 15-ci əsrə qədər Avropada əsas kimi qəbul edilirdi.

O, günəş ilini hələ müasir texnologiya olmadığı bir zamanda bu günkünə tam uyğun, yalnız 24 saniyə fərqli olaraq hesablamışdır.

Azərbaycan astronomiya-sının da özünəməxsus tarixi vardır. Marağa rəsədxanası cənubi Azərbaycan ərazi-sində yerləşir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası Nəs-rəddin Tusinin adını daşıyır. Cənubi Azərbaycanda yerləşən Marağa Rəsədxanası orta əsrlərdə dünya astronomiyasında şərəfli yer tutduğu kimi, şimali Azərbaycanda da astronomiya elminə böyük maraq olmuşdur.

Sənaye:

ilk dəfə pambıqdan kağız istehsal etməyi öyrənənlər müsəlmanlardır. Kağız fabriki 794-cü ildə Bağdadda Harun-ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən quruldu. Belə bir fabriki müsəlmanlar 800-cü ildə Misir və 950-ci ildə İspaniyada inşa etdilər. Avropada isə kağız fabriki 1102-ci Siciliyada, 1228-ci ildə Almaniya, 1309-cu ildə isə İngiltərədə qurulmuşdur.

Kasiri «Eskorial» kitabxanasında 1009-cu ildə kağız üzərində yazılmış bir kitab aşkara çıxarmışdı. Bu kitabdan məlum olurdu ki, ilk dəfə dəri əvəzinə kağızdan istifadə edənlər məhz müsəlmanlar olmuşlar.

Doktor Qustav Lobenin dediyinə əsasən İlk saatı müsəlmanlar düzəltdilər. Harun-ər-Rəşidin Fransa kralına göndərdiyi ən əhəmiyyətli hədiyyələrdən biri də zəngli saat idi. Tarixi məlumatlara əsasən, Kral və onun əyanları bu işə mat-məətəl qalmışdılar. Sarayda heç kim bu saatın «sirrini» başa düşə bilmirdi.

Ədəbiyyat:

Ədəbiyyаt sаhəsində XI əsrdə ilк dəfə оlаrаq türкcə yаzаn аlimlər mеydаnа çıхdı. Mаhmud Каşqаrlı, Yusif Хаs Hаcib, Ədib Əhməd Yüкnəкi кimi dövrün mütəfəккirləri dəyərli didакtiк əsərlər yаrаtdılаr. Bu dövrdə Хətib Təbrizi, Qətrаn Təbrizi кimi Аzərbаycаn аlimləri yеtişdilər кi, оnlаr intibаh dövrünün böyüк аlimləri idilər. Bunlardan əlavə Fizuli, Xaqani, Hafiz, Şirazi, Firdovsi, Rumi və neçə-neçə unudulmaz klassik  ədib və şairlərimiz də ədəbiyyat sahəsində əbədiyaşar iz buraxmışlar.

Xalqımızın dahi filosof şairi, dünya ədəbiyyatının böyük sənətkarı Nizami Gəncəvi poeziyasında bədiiliklə yanaşı elmin müxtəlif sahələrinə dair, o cümlədən kimya, biologiya, fizika elmlərinə dair qiymətli fikirlər, kəşflər və ixtiralar vardır. Belə ki, N.Gəncəvinin “İskəndərnamə” (“İqbalnamə”) əsərində “İskəndərin yeddi alimlə xəlvətə çəkilməsi” fəslində ilk yaradılış haqqında müxtəlif filosofların fikirləri aydınlaşdırılır. Həmin fəslin – “Nizaminin dedikləri” hissəsində filosof şair öz fikirlərini əsaslandırır. O bu fikirləri ilə bəşər tarixinin öz dövrünə qədərki böyük dahilərini, alimlərini – Sokratı, Platonu, Aristoteli, Hörmüzü, Valisi arxada qoyur və özündən sonra gələn böyük alimlərin kəşf və ixtiralarını da qabaqlayır.

Sənətkarlıq:

Doktor Loben deyir: «Müsəlmanların keçmişdən qalan məscid, mədrəsə, mehmanxana və digər tikililərinə baxdıqda İslamda din ilə mədəniyyətin bir-birinə elə qaynayıb-qarışdığını görürük ki, onları ayırmaq mümkün deyildir!» Hər millətin zövq və ba-carığını onun yaratdığı sənətkarlıq nümunələrindən anlamaq olar.

Ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində müsəlmanlar fövqəladə ustalıq qazanmışdılar. Qədim məscidlərdə, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda həmin gözəl nəqqaşlıq nümünələrini görmək olar. Hansı ki, bu gün müasir imkanlardan istifadə etməklə, bu kimi sənət əsərlərini düzəltmək çox çətindir.

Kordovda uzunluğu bir neçə milə çatan daş döşəməli yollar var idi. Halbuki, London və Paris buna 7 əsr sonra nail ola bilmişdir. Bütün müsəlman şəhərlərində saysız-hesabsız gözəl və əsrarəngiz memarlıq əsərləri mövcud idi. Kordova məscidi və s. buna misal ola bilər. Avropalıların hamamın nə olduğunu bilmədiyi bir zamanda müsəlmanlar Şeyx Bəhainin bircə şamla qızdırdığı hamamın hikmətini arayırdılar.

İngilis alimi Çeber yazır: «Əgər 771-ci ildə Tariq ibn Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər, biz indiki elm və mədəni müvəffəqiyyətlərə heç vaxt nail ola bilməzdik». (İslam və Qərb mədəniyyəti,səh.178).

Biz müsəlmanlar belə işıqlı və əzəmətli mədəniyyətin varisi olduğumuz halda, nə üçün bu gün hazırkı vəziyyətdə yaşayırıq? Dünya mədəniyyətində aparıcı məqamı hansı səbəblər üzündən əldən vermişik? Niyə bizim mədəniyyətimiz, elmlərimiz və siyasi qüdrətimiz zəifləyib? Nə üçün tərəqqimiz dayanıb? Niyə biz yerimizi qərblilərlə dəyişmişik? Nə üçün elm və sənayedə biz onlardan asılı olmuşuq, onların isə bizə ehtiyacı yoxdur? Nə üçün elmi müsəlmandan öyrənənlər bu gün İslamı cəhalət, terror dini, müsəlmanları isə cahil adlandırır?

Bütün bu sualların cavabını öyrənmək üçün tarix səhifələrinə diqqətlə nəzər etmək kifayətdir. Tarix göstərir ki, müsəlmanlar öz səmavi təlimlərindən uzaq düşən kimi, zəlillik, tənəzzül və bədbəxtliklərə düçar olmuşlar. Keçmişdə əzəmətli dövrünü yaşayan müsəlmanlar öz dinlərinə və mədəniyyətlərinə bizdən daha artıq bağlı olmuşlar. Elə buna görə də bütün bu müvəffəqiyyətləri və elmi nailiyyətləri əldə etmişlər. Bu da yalnız Quranın, Peyğəmbərin (s) və məsumların elmə, alimə verdiyi böyük qiymət və əhəmiyyət sahəsində mümkün olmuşdur.

Türk alimlərindən biri yazır ki, bu gün dünyada gedən cərəyanlara baxıb təəssüflə deyirəm, ey kaş, müsəlmanlar Qurandan ayrı düşməyəydilər. Nə qədər ki, müsəlman Quranla bir idi, Quran onu elmlə qidalandırırdı, dünya sirlərini açmağa yönəldirdi. Bəli, həqiqətdə elm dünyasında parlayan müsəlman alimləri öz ilhamlarını Qurandan, Peyğəmbər (s) və məsum imamlardan alırdılar, çünki onlar idi müsəlmanları elmli olmağa çağıran. Bu gün isə özünü on günlük zəhmətə salıb heç olmasa Quranın tərcüməsini belə oxumaq istəməyən, Peyğəmbər (s) və məsumların qızıldan qiymətli kəlamlarını gözdən keçirmək istəməyən bəzi “ziyalılarımız” dinin insanları elmdən uzaqlaşdırdığını söyləyirlər. Həqiqətdə isə İslam dini yalnız ondan xəbəri olmayanlar üçün cahillər dinidir, çünki xəbərsiz-məlumatsız insan cahildir, dində onun üçün cəhalətdən başqa bir şey ola bilməz. Məşhur Lev Tolstoy deyirdi: -hər şeyi anlamaq istəyirsinizsə, Quranı oxuyun,Puşkin isə-suallarınıza cavab tapa bilmirsinizsə, Qurana müraciət edin, çünki Quran açıqlayan və yol göstərən bir nurdur,-deyir.

Göründüyü kimi İslamın böyük elmi mirası Avropanın 15-ci əsrdə başlayacaq olan elmi yüksəlişinin də ən əhəmiyyətli qaynağı oldu. Xristian elm adamları, müsəlmanlardan öyrəndikləri məlumatlar və üsullarla Avropa elmini qururdular. Beləliklə İslamın işığı onları da aydınlatmış oldu.

Sözümü Şeyx Məhəmməd Abdaunun dediyi mü-hüm sözlə bitirirəm. O, deyir:

«Avropa öz dinini buraxan gündən inkişaf etdi. Biz isə öz dinimizi buraxan gündən geri qaldıq!»

 

Ramin İgidov

Read 237 times