Wednesday, September 19, 2018

İmam Hüseyn (ə) vücudunun bərəkət və özəllikləri

Written by  Mart 08 2010
Rate this item
(0 votes)

Peyğəmbərimizin əziz nəvəsi, İmam Əlinin oğlu İmam Hüseynin (ə) şəhadət tarixi – Aşura faciəsinə artıq bir neçə gün qaldı. Hər il olduğu kimi, Məhərrəm ayının əvvəlindən sonuna qədər Gürcüstanda özunu müsəlman hesab edən hər bir şəxs məntəqələrdə İmam Hüseyn və onun 72 səhabələrinin həlak olduğu qanlı Aşura gününün xatirəsinə yas saxlayır,

hörmətinə əza məclisləri təşkil edər, adına ehsanlar verərlər. Biz iman qəzetinin redaksiya heyəti  Peyğəmbər ailəsinin bu qəmini zəmanənin gözlərdən gizlin olan imamı Mehdi Sahibəz-zamana və bütün xalqımıza baş sağlığı verir, əzalarınızın ilahi dərganda qəbul olunmasını diləyirik.

1.         Hidayət məşəli və nicat gəmisi:

İmam Hüseyn (ə) buyurur: «Bir gün Həzrəti Məhəmmədin (s)  xidmətinə yetişdim. Bu zaman Əbi ibn Kəb də orada idi. Allahın rəsulu buyurdu: Xoş gəldin ey Əba Əbdillah, ey yer və göyün zinəti. Əbi dedi: Necə o göyün və yerin zinəti ola bilər bir halda ki, səndən başqası belə deyildir? Həzrət buyurdu: Ey Əbi! And olsun o kəsə ki, məni haqq olaraq növbəti peyğəm-bərlik məqamına seçdi, Hüseyn ibni Əlinin məqamı səmada, yerdən də böyükdür. İlahi ərşin sağ tərəfinə yazılmışdır ki, O Hidayət məşəli və nicat gəmisidir.

Həzrət Hüseyn (ə) vücudunun bərəkətlərindən də biri onun «Hidayət məşəli» və «Nicat gəmisi» olma-sındadır. Bildiyimiz kimi bütün peyğəmbərlər və imamlar məşəllər, nicatverənlər və xilaskarlardırlar. Necə İslam Peyğəmbəri (s) bu haqda buyurur: «Həqiqətən mənim əhli-beytimin məsəli Nuhun (ə) gəmisinə bənzər. Hər kim ona daxil olarsa nicat tapar və hər kim ondan üz döndərərsə həlak olar».

Hədisdə görsəndiyi kimi baxmayaraq ki, bütün əhli-beyt imamları nicat gəmisi olmaq xüsusiyyətinə malikdirlər lakin Hüseynin (ə) islamı qoruyan nicat gəmisi zülm və fəsadla dolmuş zəmanənin təlatümlü ləpələri arasında hərəkət etdiyindən onun adı hədislərdə xüsusi gəlmişdir. Hüseyn-dir ki, öz qiyamı, şəhadəti, ailəsinin əsarəti bahasına fitnə dolu təlatümlü dənizin dalğaları arasında haqsevər-ləri və qafilləri haqq sahilinə çəkərək onlara nicat bəxş etdi. Və tarix boyu bütün bəşəriyətə öyrətdi ki, zülmün qarşısında amansız olub son ana qədər müqavimət göstərmək lazımdır.

Bəli Hüseyn «hidayət məşəli»dir. Ona görə ki, O cahilliyin, pisliyin qaranlıq zülmətində insanlığa bir çıraq olub onları aydınlığa çıxartdı. Onları bir məşəl kimi haqq nuruna gətirib çıxartdı.

 

2.         Gizlin və mislisiz məhəbbət:

İslam Peyğəmbərinin (ə) Hüseyn haqda olan hədislərindən biri ümmətin onun tərəfindən mənəvi təsirlən-məsinə aiddir. Bu barədə Peyğəmbərimiz buyurur: «Möminlə-rin qəlbində Hüseynə nisbət gizlin məhəbbət vardır».  Bu kimi hədisləri əsas tutaraq demək olar ki, Allahın istəyi bu imamın məhəbbətinin tarix boyu qəlblərdə yaşamasındadır. Təsadüfi deyil ki, öz qanı, canı və malı hesabına Allahın dinini müdafiə edən bu şəxs Allah yanında xüsusi məqama sahibdir. Elə bu üzdən onun məhəbbəti hətta öz düşmənlərinin belə qəlbində kök salmışdır. Fərəzdəq demişkən: «Düşmənlərin tərəfində olanların qəlbləri onunla idi. Lakin dünyapərəstlik sarıdan qılıncları ona tuşlanmışdır».

O da təsadüf deyil ki, neçə əsr bundan öncə baş vermiş Hüseyn faciəsi ilbəil onu sevən Hüseyn aşıqləri tərəfindən daha da coşqunluqla, daha da kütlə şəkilində yad edilir. Bu günlərdə mübarək adını eşidənlərin qəlbi dolur. Onun məhəbbəti müsibəti bütün imamların hətta Peyğəmbərin qəlbində yaşamışdır. Necə ki, Peyğəmbərimiz buyurur: «Hər zaman övladım Hüseynə baxdıqda acılıq və qəm vücudumdan uzaq olar». (Bəharul-ənvar c.43, səh 309). Və başqa bir yerdə buyurur: «İlahi mən Hüseyni sevirəm və onu sevənləri də sevirəm».  (Bəharul-ənvar c.43, səh 281).

3. DOQQUZ İMAMIN ATASI:

İmam Hüseyn (ə) şəxsiyyətinin özəlliklərindən biri də onun ondan sonra digər 9 imamın atası olmasıdır. Yəni ondan sonrakı imamlar məhz bu imamın övladı İmam Səccadın nəslindən davam etmişdir. Necə ki, İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşdur: «Allah İmam Hüseynin (ə) qətlinin əvəzində o Həzrətə 4 xüsusiyyət bəxş etmişdir: 1) İmaməti onun nəslindən qərar vermişdir. 2) Şəfanı o həzrətin pak türbətində qərar vermişdir. 3) Onun məqbərəsi kənarında dua etməyi qəbul və müstəcəb saymışdır. 4) Onu ziyarət edənlərin (ziyarət) günlərini ömürlərindən hesab etməmişdir». (Vasail c.10, səh.329).

4.ŞƏFAƏT ETMƏK:

Şəhidlər ağası İmam Hüseynın (ə) başqa bir məqam üstünlüyü onun Qiyamətdə şəfaət sahibi olmasıdır. Şəfaət etməsindən məqsəd günahkar Peyğəmbər ümmətinə Allahdan vasitəçilik edib bağışlanmaq və əfv diləməsidir. Bu məqamı Allah istədiyi seçilmiş saleh bəndələrinə yəni Peyğəmbər və məsum imamlara vermişdir. Necə ki, Həzrət Əli (ə) buyurmuşdur: «Bizim üçün və bizi sevənlər üçün şəfaət vardır». (Xisal səh.624)

Başqa bir hədisdə isə belə buyurur: «Şəfaətçilər imamlar və möminlərin dostlarıdırlar».  (Əl-məhasin c.1, səh. 293).

5. ONU SEVƏNLƏR BEHİŞT (CƏNNƏT) ƏHLDİRLƏR:

İmam Hüseyn (ə) vücudunun fərdi əsər və fəzilətlərindən biri də onu sevənlərinin və hətta tərəfdarlarının da Behişt əhli olmasıdır. Necə ki, Hüzeyfə ibni Yəman deyir: «Bir gün Allahın Rəsulu (s) İmam Hüseynin əlindən tutub buyurdu: «Ey camaat, bu Hüseyn ibni Əlidir. Onu tanıyın. Canım ixtiyarında olan Allaha and olsun ki, o behiştdədir və (hətta) onu sevənləri sevənlər də Behişt əhlidirlər». (Bəhar c.43, səh. 262).

Bir gün Allahın Rəsulu nəvələri Həzrət Həsən (ə) və Hüseynin (ə) əllərindən tutub buyurdu: «Hər kim bu iki uşağı və onların ata-analarını sevsə Qiyamət günü mənim mərtəbəmdə mənimlə birgə olacaqlar» (Kamiluz-ziyarət səh.32).

Habelə O Həzrət buyurdu: «Agah olun, Hüseyn behişt qapılarından bir qapıdır. Hər kim düşmənçilik edərsə Cənnətin iyi ona haram olacaqdır». (Səfineyi-Bəhar səh.257).

Hacı Ramin Igidov

Read 378 times