Friday, November 16, 2018

Peyğəmbərin (s) əxlaqı insanığa nümunədir

Written by  Sentyabr 22 2016
Rate this item
(0 votes)

Həqiqi peyğəmbərlərin yalançı iddiaçılardan ayrıd etmənin ən əsas yolu onların əxlaqi xüsusiyyətlərini  tanımaqdır. Bu xüsusiyyətlər onların iddialarının təsdiqinə və ya tənqidinə əsas nişanə və dəlildir. 

 

Biz bu məqaləmizdə Həzrət Peyğəmbərin (s) gözəl əxlaqından nümunələr gətirib, Qurani-kərimdən ayələrlə onun əxlaqi xüsusiyyətlərini təsdiqləyəcəyik.  Öyrənəcəyik ki, bəşəriyyətin ən kamili olan, insanların ən şərəflisi hansı şəxsiyyətə malik idi. Heç də təsadüfü deyil ki, Allah tərəfindən fərdi və ictimai ədəb və əxlaqın təlimi üçün göndərilən bu böyük insan nə təkcə əxlaqda bəlkə həyatın bütün sahələrində nümunə olmuşdur. Allah-taala  Qurani-Kərimdə Həzrətin barəsində belə buyurur:  «Şübhəsiz (siz müsəlmanlar üçün) Allah elçisi (Həzrət Məhəmməd) ən gözəl və layiqli bir nümunədir, (əlbəttə) Allaha və Qiyamət gününə inanan və Allahı daha çox yad edənlər üçün.»

Qeyd olunmuş ayəyə əsasən, müsəlmanlar üçün ən yaxşı nümunə və ülgü Həzrət Məhəmməd (s) və onun rəftarlarıdır ki, bu rəftarlar isə insan həyatının hər bir sahəsinə şamil ola bilər.

  1. A) Peyğəmbərin (s) İbadəti və bəndəçiliyi:

«Həzrət Məhəmmədin (s) məsum (günahsız) olmağına baxmayaraq, Allah qorxusundan ağlayırdı və onun göz yaşları namaz qıldığı yeri yaş edirdi

 Həzrət İmam Əli (ə)

Allah Rəsulunu gecə oyaq qalıb ibadət etməsinə əmr etdi. Və Peyğəmbər (s) bunun vasitəsi ilə Məhmud məqamına yetişdi, bu sifətə yiyələndi. İsra surəsinin 79-cu ayəsində oxuyuruq: «(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!»

O Həzrətin gecə namazı barəsində gəlmişdir: O qabaqca dişlərini misvak edib, dəstəmazını alırdı və səngərdə dayanan əsgər kimi uzun-uzadı  yatmayıb azacıq mürgüdən sonra oyanırdı. Daha sonra dörd rükət namaz qılıb bir də mürgüləyir, sonra yenidən oyanıb xaliqinin ibadətinə, məşuqunun görüşünə davam edirdi. O Həzrət hər dəfə oyanarkən səmaya baxıb bu ayəni tilavət edirdi:

 Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır». «O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!» (Ali İmran surəsi, 190-191-ci ayələr)

Bu kimi ayələr insanları yaradılışdakı nəzm haqda təfəkkür etməyə sövq etdirib, xilqətin müəyyən bir nəzmlə yarandığını bildirir. Gecəni oyaq qalmağın ən fəzilətlisi əməlin və fikrin birgə ibadətdə olması ilə ələ gələr. Buna görə də İslam Peyğəmbəri (s) oxuduğumuz İsra surəsinə əsasən gecəni ibadət üçün oyaq qalır və Ali-İmran surəsindəki ayələrə görə də Allahın mərifət və məxluqatında təfəkkür etməyi də yatmadığı zaman unutmurdu.

  1. B) Peyğəmbərin (s) sadə yaşayışı və dünyaya meyl-sizliyi

 

 «Həzrət Məhəmməd (s) həmişə sadə və təmiz paltarlar geyinər-di».Həzrət İmam Əli (ə)

Həzrət Peyğəmbər (s) öz yaşayış proqramını ibadəti kimi Quranın kəlamına əsasən tənzimləyirdi. Onun dünyaya aludə olmaması və sadə yaşayışı barədə İmam Sadiq (ə) və İmam Baqirdən (ə) nəql olunmuşdur ki, bütün aləmin xəzinələrini və onun açarlarını Allah Həzrət Rəsula vermək təklifi etdi. Onun (məqamından azalmadan) hər ikisindən birini seçimində ixtiyar sahibi etdi. Lakin, Peyğəmbər bunlardan heç biri olan sadə yaşayışı götürüb, dünyanı seçmədiyinin səbəbini belə bildirdi: «Dünya o kəslərin evidir ki, onun br sığınacağı yoxdur. O dünyaya da ağılı olmayanlar toplanarlar».

Peyğəmbərin (s) dünya və dünya malına belə etinasızlığı Həzrətin Quran mərifətlərinə üstünlük verməsini göstərir. Necə ki, Quran ayələrində oxuyuruq: «(Ya Peyğəmbər!) Kafirlərin sahib olduqları (malları), və övladları səni təəccübləndirməsin. Çünki Allah bir dəstəni mal və övladları ilə ki, fitnədirlər əzab edər». Bu ayədən məqsəd o şəxslərdir ki, övlad böyütməsi və mal əldə etmələrində İlahi qayda-qanunlara  riayət etmir və Allahın hökmlərini ayaq altına alırlar. Elə bu üzdən də sonda fitnəyə və şərrə düçar olarlar. Çünki,  mal və övlad Allah dərgahından qovulmuş şeytanın böyük tələ və torlarındandır. Peyğəmbərin (s) mal və məqamı götürməyib sadə yaşamasının başqa səbəbini bir daha Peyğəmbərin öz sözlərindən öyərənirik. O Həzrət buyurur: «Yüngül yüklülər daha tez və layiqli məqsədə yetişərlər və nicat taparlar». Bu hədisdə Peyğəmbər  sadə yaşamağı yüngül yüklü olmaq ifadəsi ilə dəyərləndirir.  Çünki, şeytanın toru olan dünya malı öz zahir gözəlliyi ilə bəndələri özünə həris və məşğul etməklə Allaha yetişməsini ağırlaşdırır və ləngidir.        

  1. C) Peyğəmbərin (s) səmimi və mehriban davranışı

Həzrət Məhəmməd (s) hamıdan gec əsəbləşərək hamıdan da tez razı olurdu. Həmçinin o həzrət (s) xalqa qarşı daha mehriban, daha xeyirxah və daha xeyir verən idi.

İslam Peyğəmbəri (s) camaatla xoşrəftar və xoşəxlaqlıqla rəftar edirdi. Allah O Həzrəti gözəl əxlaqlı və mehriban olaraq tanıtdırmışdır. Onu gobud rəftarlı olmaqdan uzaq tutub bəşəriyyətə rəhmət olaraq təqdim etmişdir. Necə ki, Quranda oxuyuruq: «(Ya Peyğəmbər!) Allahın rəhmət və bərəkəti ilə  camaatla mehriban və yumşaq davranan oldun. Əgər gobud və daşqəlbli olsaydın sənin ətrafından dağılardılar. Bəs onları bağışla və Allahdan onlar üçün əfv dilə. İşlərində onlarla məsləhətləş. Qərarında qəti ol. (Hər zaman) Allaha təvəkkül et ki, O təvəkkül edənləri sevir».

Hədislərdə də oxuyub öyrənirik ki, «Davranışların daha üstünü, Həzrət Məhəmmədin (s) davranışıdır».

Qeyd olunmuş ayə və hədislər bizi Həzrət Məhəmmədin (s) davranış və rəftarlarına əməl etməyə dəvət edir. Lakin müsəlmanların çoxunun o Həzrətin (s) davranışları və rəftarlarından kifayət qədər xəbəri yoxdur. Elə buna görə də mötəbər mənbələrdəki İmamlardan (ə) yetişən hədislərə əsaslanaraq Həzrət Məhəmmədin (s) rəftarlarından bir neçəsinə aşağıda işarə edirik:

 

 Həzrət Məhəmməd (s)...

 «Danışarkən təbəssüm edər-di».

«Möminlərlə (onları sevindir-mək üçün) zarafat edərdi».

«Öz ailəsi və övladlarına hörmət edər və onlarla mehribanlıqla rəftar edərdi».

«Arxası üstə yatır, yataq yerinə girəndə, Allahın adını çəkir və yataq yerindən qalxdıqda, Allaha şükr edərdi. Həmçinin O, həzrət (s) yatmamışdan öncə, «Ayətəl-kursi”ni oxuyardı».

«Həmişə təvazökar olub, heç vaxt təkəbbürlük etməzdi».

n«Su içməzdən öncə «Bismil-lah» deyir və suyu üç nəfəsə içirdi. Su içdikdən sonra isə Əlhəmdulillah» deyərdi».

«Heç vaxt yeməyi isti-isti yeməz, onu soyutduqdan sonra yeyərdi».

«Qurbanlıq bayramında iki qoç kəsərdi. (Onların birini özü tərəfindən, digərini isə ümmətinin yoxsulları tərəfindən qurban kəsirdi)».

«Acmamış yemək yeməz, doymamışdan öncə süfrədən qalxardı».

«Yediyi yeməyi lazımınca çeynədikdən sonra udardı».

Xəstələrə dəyib, onların halını soruşardı».

”Cənazəni (ölünü) müşay ət etdikdə, az danışar, qəm və kədər içində olardı».

«Hüzür düşmüş evə üç gün yemək bişirib, aparmağı göstəriş verərdi».

«Hər gün üç dəfə dişlərini yuyardı: 1- Yatmazdan qabaq; 2- Namaz və dua üçün yuxudan ayıldıqdan sonra; 3- Sübh namazı üçün məscidə getməzdən öncə».

«Namaza durduqda, rəngi qaçır və o həzrətdən (s) yanıqlı səslər eşidilirdi».

«Təzə meyvə gördükdə, onu əlinə alaraq, öpüb gözləri və dodaqlarına qoyur və dua edərdi.

Qəbristanlıq yanından keçdik-də, onun əhlinə dua edərdi».

«Heç vaxt əmanətə xəyanət etməzdi.

«Başqalarına verdiyi vədi özü üçün borc sayırdı».

«O qədər ətir vururdu ki, müsəlmanlar uzaqdan o həzrəti (s) ətir iyindən tanıyardılar».

«Evindən gedən qonağı evin qapısına qədər ötürərdi».

«Allah yolunda verdiyi şeyi heç vaxt geri almazdı».

«Heç vaxt göz və qaşla işarə etməzdi».

«Əmmamə, ayaqqabı və əbadan başqa qara və qırmızı rəngli paltar geyinməzdi».

Hacı Ramin Igidov

Read 443 times Last modified on Last modified on Yanvar 04 2018