Thursday, August 6, 2020

MARNEULİDƏ İMAM RZANIN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Written by  İyul 04 2020
Rate this item
(0 votes)
MARNEULİDƏ İMAM RZANIN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB
Bu axşam Marneulinin İmir kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.
Məhəmməd Rəsulullah (s) adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak edib.
Həmin kənddən olan dəyərli ruhani Hacı Kamran Məmmədovun aparıcılığı və giriş sözü başlayan mərasim din xadimi Kərbəlayi Fuad İsayevin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub.
Məscidin axundu Kərbəlayi Elçin Məmmədov qonaqları salamlayaraq İmamın (ə) təvəllüdü münasibəti ilə təbrik edib. O, mərasimin keçirilməsinin təşəbbüskarı və dəstək göstərəni olan Gürcüstan Müsəlmanları İdarəsinə, təşkilatçılıq edən Məscidin Fond üzvlərinə və möminlərinə təşəkkür edib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayaraq təbriklərini çatdırdıqdan sonra Əhlibeyt imamlarının təvəllüd günlərini keçirmənin əhəmiyyətindən, İmam Rzanın (ə) örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən danışıb.
Daha sonra Əlmustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare İmam Rzanın (ə) kəramətindən və müsəlmanlara olan tövsiyələrindən söhbət açıb.
Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir, mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.
Tədbirin sonunda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə püşk atılaraq bəxtinə düşən bir neçə nəfərə kitablar və 8 nəfər şəxsə isə Məşhəd ziyarəti hədiyyə olunub.
Mərasim iştirakçılarına da İmam Rzanın həyatından və İslamın əqidə və əməllərindən bəhs edən proşurlar təqdim olunub.
Read 118 times Last modified on Last modified on İyul 15 2020