Thursday, August 6, 2020

YENİ İŞIQ ÜZÜ GÖRƏN "GÜRCÜSTAN VƏ DİNİ ETİQAD AZADLIĞI" KİTABININ TƏQDİMATI OLUB

Written by  İyul 15 2020
Rate this item
(0 votes)

YENİ İŞIQ ÜZÜ GÖRƏN "GÜRCÜSTAN VƏ BEYNƏLXALQ HÜQUQ ÇƏRÇİVƏSİNDƏ DİNİ ETİQAD AZADLIĞI" KİTABININ TƏQDİMATI OLUB

Milli dövlət muzeyinin həyətində keçirilən təqdimatda müxtəlif dini icma rəhbərləri, hökumət rəsmiləri, diplomatik korpus nümayəndələri, media, elm və ictimaiyyət xadimləri iştirak edib.

Təqdimat mərasimində öncə çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze kitab haqqında ətraflı məlumat verib, nəşrin əhəmiyyətindən danışıb. O qeyd edib ki: "Gürcüstan və beynəlxalq qanunlara əsasən etiqad azadlığı" adlı çap olunan kitabda vicdan və din azadlığına dair ölkə və ya beynəlxalq qanunvericilik aktları, müxtəlif beynəlxalq təşkilatların sənədləri, BMT, Avropa Şurası, ATƏT, Venesiya Komissiyası və Dini etiqad azadlığı üzrə Oslo Koalisiyası, Eləcə də Avropa İnsan Hüquqları və din azadlığı ilə bağlı məlumat və qərarlar; Müxtəlif ölkələrin, o cümlədən Avropa Birliyinə üzv olan dövlətlərin din haqda qanunları əks olunubdur.”

Sonra təqdimatda Gürcüstanın Ədliyyə nazirinin müavini Mixeil Sarjveladze və hüquq elmləri doktoru, professor Avtandil Demetraşvili ilk dəfə çap olunan 600 səhifəlik nəşrin əhəmiyyətini və Dini Agentliyinin vicdan və din azadlığı sahəsindəki fəaliyyətini və bu kitabın nəşri ilə qanunvericiliyə verdiyi töhfələri vurğulayıblar.

Kitab təqdimat iştirakçılarına hər birinə hədiyyə olunub.

Read 55 times Last modified on Last modified on İyul 28 2020