Thursday, August 6, 2020

“İSLAM VƏ FEMİNİZMƏ GÖRƏ QADIN HAQLARI” MÖVZUSUNDA ONLAYN ELMİ SEMİNAR TƏŞKİL OLUNUB

Written by  İyul 28 2020
Rate this item
(0 votes)
“İSLAM VƏ FEMİNİZMƏ GÖRƏ QADIN HAQLARI” MÖVZUSUNDA ONLAYN ELMİ SEMİNAR TƏŞKİL OLUNUB
BGMİnin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə “İslam və Feminizmə görə qadın haqları” mövzusunda elmi seminar keçirilib.
Onlayn şəkildə inanclı xanımların iştirakı ilə keçirilən seminarda Gürcüstan, Azərbaycan, İran və Türkiyədən xanım natiqlərin çıxışları dinlənilib.
İki saat müddətində keçirilən seminarda İslamda qadın azadlığı, qadının dəyəri və qadın hüquqları haqda danışılıb. Femizmin yaranma səbəbi və fərqli düşüncələrinə toxunulub. Mövzu haqda diskusiya və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, çoxsaylı iştirakçıların marağına səbəb olan məlum mövzu ətrafında daha iki seminarın keçirilməsi nəzərdə tutulub.
Read 32 times Last modified on Last modified on İyul 29 2020