Thursday, August 6, 2020

BMT-NİN UŞAQ FONDUNUN (UNİCEF) BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ ONLAYN TƏLİM KEÇİRİLİB

Written by  İyul 28 2020
Rate this item
(0 votes)
BMT-NİN UŞAQ FONDUNUN (UNİCEF) BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ ONLAYN TƏLİM KEÇİRİLİB
BMT-nin Uşaq Fondu olan UNİCEFin Gürcüstan nümayəndəliyinin və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) birgə təşkilatçılığı ilə hal-hazırda dünyanı pandemiya vəziyyətinə gətirən Covid 19 virusu ilə bağlı maariflndirmə məqsədi ilə “Koronovirusdan qorunaq” adlı onlayn təlim xarakterli seminar keçirilib.
Üç ayrı tarixdə, zoom proqramı ilə və sinixron tərcümə şəraitində təşkil olunan vebinarda Gürcüstan Müsəlmanları İdarəsinin əmədaşları olan ruhani, din müəllim və müəllimələri iştirak edib.
Kamran Mamedovun moderatorluğu ilə baş tutan təlimlərin əsas natiqi (spikeri) Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin Yoluxucu Xəstəliklər Departamentinin baş mütəxəssisi İrina Kalandadze olub. 13 iyulda təşkil olunan vebinarın açılışında UNISEF-in Gercustandakı rəsmi nümayəndəsi canab Hasan Xəlil, BGMİnin şeyxi Haci Ramin İgidov va Şərqi Gurcustanin muftisi Haci Yasin Əliyev fikirlərini bildiriblər.
50 nəfərdən çox şəxsin qatıldığı vebinarlarda koronovirus, onun simptomları, ötürülmə yolları, müdafiə üsulları və vaksinası və s. mövzlar haqda məlumatlar verilib. Çıxışlardan sonra seminar açıq muzakirə və sualları cavablandırma ilə yekunlaşıb.
Read 19 times Last modified on Last modified on İyul 29 2020