Thursday, August 6, 2020

BAYRAM TƏBRİKİ

Written by  İyul 29 2020
Rate this item
(0 votes)

BAYRAM TƏBRİKİ

“Bismillahir-rəhmanir-rəhim!

Əziz müsəlman bacı və qardaşlarımız, hörmətli həmvətənlərimiz!

Sizi Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, qurbanlarınızın, dua və ibadətlərinizin Allah dərgahında ali dərəcədə qəbul olunmasını Rəhman Rəbbimizdən diləyirik.

Dünya müsəlmanlarının ən əziz bayramı olan Qurban bayramı İlahi eşqin digər istəklərə qalib gəldiyi fədakarlıq, şəfqət, mərhəmət, yardımlaşma, birlik və səmimilik rəmzidir. Bu bayram üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən insanlara ortaq miras olaraq qalmışdır. Buna görə də Allahın yaratdığı olan Adəm övladları məlum Qurban hadisəsindən ibrət almalı, həyatlarında yaşamalıdırlar.

İsmail qurbanlığı niyyətinə hər il qurbanlıq kəsərkən unutmamalıyıq ki, öncə nəfsani istəklər, rəzil xüsusiyyətlər qurban edilməlidir. Tək Qurban bayramında qurbanlıq kəsməklə deyil hər zaman Allahın bütün əmrlərinə də itaət olunmalıdır. Necə ki, Qurani Kərimdə oxuyuruq: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadət və itaətdir)...” (Həcc, 37)

Bu il də təəssüflə qeyd etməliyik ki, bu bayram günündə dünyaya baxdığımız zaman xoş ortamın olmadığının şahidi olduq. Dünya ölkələrində aclıq və müharibələrlə yanaşı ilin əvvəlindən peydah olub bu bayram gününə qədər davam edən pandemiya şəraitində qarşılayırıq. Dünyada məlum virusa 17 milyon insan yoluxdu, yarım milyondan çoxu dünyasını dəyişdi və hal hazırda 10 milyondan artıq xəstə olmaqdadır.

Bu il Pandemiya dövrünün ehtiyat təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə olmadı.

Təəsüflə onun da şahidi oluruq ki, yenə də dünyada milyonlarla ac insan olmaqla hər gün minlərlə yoxsul can aclıqdan, yüzlərlə insan ağır xəstəliklərdən ölməkdə, yüz minlərlə insan öz evindən, vətənindən didərgin düşməkdədir.

Hələ də dünya ölkələrinin bir çoxu bir-birlərini təbrik yerinə təhdid, dostluq yerinə düşmənçilik, birlik yerinə parçalanma, mərhəmət yerinə zülm, şəfqət və bağışlama əvəzinə isə rəhmsizlik edirlər.

Allahdan ölkəmizə və dünyaya sülh və əminamanlıq, bolluq və firavanıq, dostluq və xöşbəxtlik arzulayıram. Həmçinin Şafi (şəfa verən) Allahdan dua və diləyimiz Covid 19 bəlasından ölkəmizin və dünyanın qurtulması, virusla mücadilə edən xəstələrin şəfa tapmasıdır.

Qurban bayramı münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların, edilən dua və ibadətlərin Allah dərgahında qəbulunu, insanlara dünya və axirət səadətini arzulayıram! Uca Allahdan istəyimiz budur ki, bizim hər bir günümüzün gerçək bayram olmasını, ali məqsədlər uğrunda qurban vermək mədəniyyətini bizlərə nəsib etsin və xalqımıza mənəvi dəyərlərimiz ətrafında gerçək həmrəylik əta etsin.

QARŞIDAN GƏLƏN ŞƏFQƏT, MƏRHƏMƏT VƏ BİRLİK RƏMZİ OLAN QURBAN BAYRAMINIZ MÜBARƏK!

Hörmətlə: Ramin İgidov,

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi

Read 27 times Last modified on Last modified on Avqust 01 2020

Image Gallery