Tuesday, September 22, 2020

TBİLİSİDƏ “AŞURA MƏKTƏBİ VƏ KƏRBƏLA DƏRSİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Written by  Avqust 29 2020
Rate this item
(0 votes)

TBİLİSİDƏ “AŞURA MƏKTƏBİ VƏ KƏRBƏLA DƏRSİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Dünən (28 avqust) Tbilisidə yerləşən “Alulbeyt” adına Dini Mədəniyyət Mərkəzində "Aşura məktəbi və Kərbəla dərsi" mövzusunda konfrans keçirilib. Konfransda din, ictimaiyyət xadimləri, ziyalılar və tələbələr iştirak edib.

Tədbir Vidadi Qurbanovun Quran-Kərimdən ayələrin tilavəti ilə başlayıb.

Sonra Kərbəla hadisəsinin qısa tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra konfransın moderatoru Kamran Məmmədov konfransın məqsəd və məramını izah edib, sözü Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidova verib.

O, Kərbəla vaqiəsinin digər faciələrdən fərqinə toxunaraq, onun günümüzədək yaşamasına səbəb olan özəlliklərdən danışıb. Konfransda iştirak edən Gürcüstan Müsəlmanlar İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev konfrans iştirakçılarını salamlayaraq qısa İmam Hüseynin (ə) şəxsiyyəti haqda məlumat verib.

Sonra böyük ekranda Azərbaycan, İran İR, Türkiyə və Almaniyadan konfransa qatılan dəyərli din alimlərinin çıxışları təqdim olunub. Höccətülislam Seyid Əli Əkbər Ocaqnecat, Hacı Kadir Akaras, Hacı Əhliman Rüstəmov, Hacı Kərim Ucar və Hacı Davud Zarenin söhbətləri olub.

Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla hərəkatı, Aşura məktəbindən alınan dərslər və azadlıq və mənəviyyat uğrunda fədakarlıq mövzusunda məlumat veriblər.

Konfransda İmam Hüseynin (ə) matəmi ilə əlaqədar dünya ölkələrində keçirilən yürüş və tədbirlərdən video çarx nümayiş etdirilib.

Sonda İmam Hüseyn (ə) ehsanı süfrəsi təqdim olunub.

Read 82 times Last modified on Last modified on Avqust 31 2020