Tuesday, September 22, 2020

XANIMLARIN İŞTİRAKI İLƏ KƏRBƏLA HADİSƏSİNDƏN BƏHS EDƏN NÖVBƏTİ KONFRANS KEÇİRİLİB

Written by  Sentyabr 06 2020
Rate this item
(0 votes)


XANIMLARIN İŞTİRAKI İLƏ KƏRBƏLA HADİSƏSİNDƏN BƏHS EDƏN NÖVBƏTİ KONFRANS KEÇİRİLİB

Tbilisidə "Aşura məktəbi və Kərbəla dərsi" mövzusunda konfransın ikinci hissəsi keçirilib. Bu konfransda müxtəlif yerlərdən yalnız xanımlar iştirak edib.

Quran tilavəti ilə açıq elan olunan konfransda Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvlərinin söhbətləri olub. Sonra böyük ekranda Azərbaycan, İran İR, Türkiyə və Rusiyadan konfransa qatılan dəyərli din alimlərinin çıxışları təqdim olunub.

Çıxış edənlər ümumbəşəri və bütün zamanları əhatə edən İmam Hüseynin (ə) qiyamı, onun Kərbəla hərəkatı, Aşura məktəbindən alınan dərslər və azadlıq və mənəviyyat uğrunda fədakarlıq mövzusunda məlumat veriblər.

Konfransda Kərbəla hadisəsinin qısa tarixindən bəhs edən videoçarxla bərabər İmam Hüseynin (ə) matəmi ilə əlaqədar dünya ölkələrində keçirilən yürüş və tədbirlərdən nümunələr nümayiş etdirilib.

Sonda iştirakçılara İmam Hüseynin (ə) Kərbəla qiyamından bəhs edən və başqa dini kitablar hədiyyə olunub.

Read 60 times Last modified on Last modified on Sentyabr 14 2020