Saturday, October 24, 2020

TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ AZƏRBAYCAN ŞƏHİDLƏRİ ÜÇÜN QURAN XƏTMİ VƏ DUA MƏRASİMİ KEÇİRİLİB

Written by  Oktyabr 05 2020
Rate this item
(0 votes)

TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ AZƏRBAYCAN ŞƏHİDLƏRİ ÜÇÜN QURAN XƏTMİ VƏ DUA MƏRASİMİ KEÇİRİLİB

Bu gün Tbilisi Cümə məscidində Azərbaycanın öz torpaqların işğaldan azad etməsi uğrunda, döyüşən qəhrəman əsgərlər üçün dua və şəhid olanların ruhuna isə Quran xətmi mərasimi keçirilib.

Din xadimləri və bir qrup möminlərin iştirak etdiyi mərasimdə Hacı Vidadi Qurbanov və Hacı Rahid Kərimovun Quran tilavəti və oxunulan cüz-lərin tapşırmasından sonra işğalda olan torpaqların taleyi haqda çıxışlar edilib.

Mərasimdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Ruhanilər Heyətinin üzvü Hacı Kamran Məmmədov, Azərbaycanlı Ağsaqqallar Şurasının üzvü Hacı İshaq Novruzov və başqaları işğala məruz qalan torpaqlarının azadlığı uğrunda əks hücum əməliyyatı aparan qonşu və milli dövlət Azərbaycanın mövqeyini dəstəkləyiblər.

Onlar çıxışlarında qeyd ediblər ki, 30 ilə yaxın bir vaxtda BMTnin qətnamələrinə və bir çox beynəlxalq mötəbər təşkilatların bəyannamələrinə məhəl qoyulmadan 20% torpağı işğalda olmaqla bir milyon qaçqını olan bir xalq təbii ki, bu haqsızlıqla barışa bilməzdi.

Bu gün, Azərbaycana dəstəyin milli, dini vəzifədən də aləvə insani vəzifə olaraq haqqı tapdalanmış, zülm olunmuş xalqın yanında olmaq prinsipindən ötrü də vacib olduğunu vurğulamışlar. İllərdir ki, Gürcüstan və Azərbaycan xalqlarının eyni taleləri yaşadığını və hər iki qonşu xalqın bir birinin dərdini çox yaxşı başa düşdüyünü – Hər iki dövlətin 20 faiz torpaqlarının işğal olunmasını və zaman-zaman qurbanlar verdiyini bildiriblər.

Tədbirin sonunda Hər iki dövlətin işğalda olan torpaqlarının azad olunması, ədalətə əsasında sülhün bərpasını və Allah yanında şəhidlərin daha uca məqama nail olmaları, qanlarının yerdə qalmamaları üçün dualar edilib.

Read 64 times Last modified on Last modified on Oktyabr 07 2020