Thursday, November 26, 2020

QARDABANİDƏ MÖVLUD BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  Noyabr 04 2020
Rate this item
(0 votes)
QARDABANİDƏ MÖVLUD BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
Qardabani şəhərinin “Marağa” məscidində bu gün Həzrət Məhəmməd (s) Peyğəmbər və İmam Sadiqin (ə) mübarək mövludları münasibətilə tədbir keçirilib. 
 Tədbirdə rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar, din və ictimaiyyət xadimləri iştirak ediblər.
  Qurani Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftinin vəzifəsinin icraçısı Hacı Ayvaz Mərdanov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Hacı Namiq Hüseynov və digər din xadimləri sıxış ediblər.
 Çıxış edənlər öncə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Peyğəmbərimizin (s) şəxsiyyəti haqda, örnək xüsusiyyətləri və kəlamlarından, gətirdiyi İslam dininin əsas tapşırıqları barəsində və eləcə də İslam aləmində vəhdətin önəmi haqqında ətraflı danışıblar.
Vəhdət həftəsi içərisində təşkil olunan bu mərasimdə əhlibeyt məddahları Səid Həsən və Anar Cəfəri Peyğəmbər (s) eşqinin tərənnüm edən mövludnamə və ilahilər oxuyublar.
Tədbirin sonunda iştirakçılara hədiyyələr və Peyğəmbərimizin (s) və İmam Sadiqin həyatından bəhs edən proşurlar təqdim olunub.
Dualar ilə yekunlaşan tədbirin sonunda iştirakçılar bayram süfrəsinə dəvət olunublar.
Qeyd edək ki, İslam dünyasında "Vəhdət həftəsi" kimi tanınan bu mövlud günləri münasibəti ilə ölkəmizin bir çox şəhər və kəndlərində bayram mərasimləri keçirilir.
Read 49 times Last modified on Last modified on Noyabr 12 2020