Monday, March 1, 2021

ERKƏN EVLİLİK VƏ ERKƏN NİŞANLANMA

Written by  Fevral 09 2021
Rate this item
(0 votes)
ERKƏN EVLİLİK VƏ ERKƏN NİŞANLANMA
Nə zaman evlənmək olar?
İslam dini ibadət üçün yaş təyin etdiyi kimi evliliyin üçün konkret heç bir yaş həddi təyin etməyibdir. Amma bəzən evliliyin yaşının bir tək xronoloji baxımdan “həddi buluğ” yaşına yetişməni əsas götürmək yanlışdır.

Peyğəmbərimizin (s) kəlamlarından anlaşılır ki, dinimiz evliliyi, bir şəxsin ailə qurmasını qüdrət və imkan əldə etdiyi, hər cəhətdən hazır olduğu təqdirdə gecikdirmədən tövsiyə edir. Buna görə də İslam dini evlililik üçün yaş həddi qoymayıb. Bu məsələ bir ölkədən digərinə, iqlimə və irqə görə və insanların fərdi fizki, bioloji, psixoloji və sosial şərtlər baxımından fərqlidir.
Belə halda qısa olaraq demək olar ki, evlilik üçün tövsiyə olunan yetkinlik yaşı aşağıdakılardan ibarətdir:
1. Xronoloji yetkinlik;
2. Bioloji yetkinlik;
3. Sosioloji yetkinlik;
4. Psixoloji-mental yetkinlik.
Gənclərin - istər oğlan olsun və ya qız bu dört baxımdan yetkinlik yaşına çatdığı təqdirdə evliliyə qüdrət və imkan əldə etmiş olur. Belə olan halda da gecikmədən evlənmələri tövsiyə olunur.
Əgər insan bioloji cəhətdən yetkinlik yaşına çatıbsa, bu o demək deyil ki, onun psixoloji, əqli və sosial vəziyyəti də qənaətbəxşdir. Gəlin bu gün real cəmiyyətimizi analiz edək. Gürcüstanda bütün gənclərin hamısı məhz 18 yaşında evlilik həyatı yaşamağa nə dərəcədə qadir olurlar? Oğlanın evlənməsi üçün hansı şərtlər var?
Evlənmək üçün ilk növbədə iqtisadi təminat olmalıdır. Gələcək ailənin sorumluluğunu, yükünü daşıması və lazımi həddə ailə xərclərini təmin etməsi üçün bu məsələ olduqca vacibdir.
Bu gün yaşadığımız dünyada evlənəcək bir şəxsin sosial təminatı formalaşdırması üçün müəyyən mərhələləri keçməlidir. Orta məktəbi bitirməli, ali təhsil almalı və ya bir peşə sahibi olmalı hərbi xidməti başa vurmalıdır. Nəticə etibarı ilə belə olduğu halda təbii ki, erkən deyil, vaxtında evlilik baş tutacaqdır. Əlbəttə evlənərkən tam geniş maddi imkanı olması şərt deyil. Sadəcə onu qazanmaq potensialına malik olması kifayət edir. Bir də Allaha arxalanmaq lazımdır ki, çünki ruzini verən Odur.
Əlbəttə burda yanlış anlaşılmasın. Belə yuxarıdakılara yiyələnmədiyi təqdirdə evlənmək tövsiyə hesab olunmasa da haram deyil. O da səhv anlaşılmamalıdır ki, yeni qurulan ailəyə heç olmasa bir müddət valideynlərin dəstəyinə heç bir ehtiyac qalmır.
Təəssüflə bu gün yaşadığmız cəmiyyətdə görürük ki, ekonomik, qeyri düzgün təlim və tərbiyə, yaşına uyğun məşğuliyyətin olmaması və s. müxtəlif səbəblər üzündən yuxarıda qeyd etdiyimiz yetkinlik sahələri bir-birini tamamlamır. Bəzən biri digərini üstələyir. Gəlin baxaq, Gürcüstan yeniyetməsinin xronoloji yaşı il-bəil artdıqca digər əqli, sosioloji yaşları da arta bilirmi? Uşağın hər dörd sahədən yetikinliş yaşa çatması nadir hallarda harmonluq təşkil edərək bərabər inkişaf edir.
Yəni psixoloji baxımdan və ailənin iqtisadi cəhətdən təmini sahəsində ailənin kişisi və gələcəyin atası olmağa hazır olmayan gənclər bioloji baxımdan şəhvani hissləri oyandığından evlənmək fikrinə düşür və ya ailənin tərəfindən buna məcbu edilir. Nəticədə erkən evləndikdən az sonra müəyyən ailə məişət zəminində problemlər yaşanmağa başlayır. Ailəni idarə etməyi və evdarlığı bacarmayan cütlük arasında anlaşılmamazlıq, zorakılıq halları və boşanmalar qarşıya çıxır.
Dinimiz insan tələbatları ilə harmoniya təşkil edən ümumbəşəri dindir. Dinimizə görə insanın təbii ehtiyaclarının qarşısına heç bir şəkildə sədd çəkilməməlidir. Sadəcə bütün emosional və şəhvani hisslərin ağıl və məntiqə tabe olaraq onun kontrolu çərçivəsində yaşaması tövsiyə olunur. Çünki insanın xöşbəxtliyi, sağlam ailə sahibi olması, gələcəyə sağlam övlad bəxş etməsi daha önəmlidir. Başqa sözlə desək, ailə, islama görə, kiçik bir ictimaiyyətdir. Sağlam ailə sağlam ictimaiyyət deməkdir. Sağlam övlad tərbiyə edib ictimaiyyətə təhvil vermək hər bir valideynin borcudur. Yəni qüdrət dedikdə təkcə şəhvani hislər deyil, bütün bu məsələlər nəzərə alınmalıdır. Məhz bu halda cəmiyyətimizdə sağlam, sarsılmaz xöşbəxt ailələrin formalaşdığının şahidi olacağıq.
Erkən yaşda nişanlamaq olarmı?
Yuxarıda da qeyd etdiyimiz kimi, evliliyin konkret xronoloji yaşı olmadığı kimi, nişanlama, yəni ad eləmənin də konkret yaşı yoxdur. Ancaq diqqət olunmalıdır ki, gələcəkdəki evliliyi öncədən bir növ razılaşdırma apararaq nişan edərkən bunlara bu suallara cavab tapılmalıdır:
1. Oğlan və qızın razılığı varmı və ya artıq düzgün seçim etmə, qərarvermə qabiliyyətinə malikdirlərmi? Yoxsa bunların yerinə valideynlərmi qərar verir? Evlilik vədəsinə çatdıqda fikirləri necə dəyişməz olaraq qalacaqmı?
2. Belə halda cütlüklər İslamın tövsiyə etdiyi elm öyrənməkdən və ya gələcəkdə evlilik yükünü götürmək üçün ailədaxili ehtiyacları qarşılamaq üçün formalaşa və püxtələşə biləcəklərmi?
3. Bu hal yaxında nişanlanmanın iqtisadi yükündən qurtulmaq üçün evliliyi tezləşdirməyəcəkmi?
Read 78 times Last modified on Last modified on Fevral 12 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ