Thursday, November 26, 2020

Bu gün 11-ci imam Həzrət İmam Həsən Əskərinin (ə) doğum günüdür.
Hz. İmam Həsən Əskəri (ə) hicri-qəməri tarixi ilə 232-ci il rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.

2021-Cİ İLİN DİNİ TƏQVİMİ ÇAP OLUNUB
Üzərində Gürcüstanın müxtəlif bölgələrindən məscidlərin şəkili əks olan və Allah evini abadlaşdırmanın fəzilətindən bəhs edən ayə dərc olduğu yeni ilin təqvimi nəşr olunub.

ÜMUMDÜNYA ƏHLİBEYTSEVƏRLƏR ZİRVƏSİ QARABAĞ HAQDA ONLAYN KONFRANS TƏŞKİL EDİB
Bu gün, Ümumdünya Əhlibeytsevərlər Zirvəsinin təşkilatçılığı ilə Qarabağ mövzusunda beynəlxalq konfrans təşkil olunub.

MÜXTƏLİF DİNİ İCMA RƏHBƏRLƏRİ BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ MÜNASİBƏTİ İLƏ BİR ARAYA GƏLDİLƏR

Bu gün, “Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə dini icma rəhbərləri, media nümayəndələri və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Gürcüstan Baptist Kilsələr Birliyinin qonağı oldular.


QƏDİM AZƏRBAYCAN TORPAĞI ŞUŞANIN ÖZ DOĞMA SAHİBİNƏ QAYITMASI MÜNASİBƏTİ İLƏ BÜTÜN AZƏRBAYCANLILARI TƏBRİK EDİRİK!
Allah öz ərazi bütövlüyünü təmin etmək üçün vətənimiz Gürcüstana da yardımçı olsun. Amin!

QARDABANİDƏ MÖVLUD BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
Qardabani şəhərinin “Marağa” məscidində bu gün Həzrət Məhəmməd (s) Peyğəmbər və İmam Sadiqin (ə) mübarək mövludları münasibətilə tədbir keçirilib. 
 Tədbirdə rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar, din və ictimaiyyət xadimləri iştirak ediblər.
  Qurani Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftinin vəzifəsinin icraçısı Hacı Ayvaz Mərdanov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Hacı Namiq Hüseynov və digər din xadimləri sıxış ediblər.
 Çıxış edənlər öncə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Peyğəmbərimizin (s) şəxsiyyəti haqda, örnək xüsusiyyətləri və kəlamlarından, gətirdiyi İslam dininin əsas tapşırıqları barəsində və eləcə də İslam aləmində vəhdətin önəmi haqqında ətraflı danışıblar.
Vəhdət həftəsi içərisində təşkil olunan bu mərasimdə əhlibeyt məddahları Səid Həsən və Anar Cəfəri Peyğəmbər (s) eşqinin tərənnüm edən mövludnamə və ilahilər oxuyublar.
Tədbirin sonunda iştirakçılara hədiyyələr və Peyğəmbərimizin (s) və İmam Sadiqin həyatından bəhs edən proşurlar təqdim olunub.
Dualar ilə yekunlaşan tədbirin sonunda iştirakçılar bayram süfrəsinə dəvət olunublar.
Qeyd edək ki, İslam dünyasında "Vəhdət həftəsi" kimi tanınan bu mövlud günləri münasibəti ilə ölkəmizin bir çox şəhər və kəndlərində bayram mərasimləri keçirilir.

TÜRKİYƏDƏ İSLAM PEYĞƏMBƏRİ (S) VƏ İSLAMİ VƏHDƏT BAŞLIQDA VEBİNAR KEÇİRİLİB
Hz. Peyğəmbərimizin (s) təvəllüdü günlərində Vəhdət həftəsi münasibəti ilə Türkiyədə də vebinar təşkil olunub.
 Beynəlxalq Əlmustafa Universitetinin Türkiyə nümayəndəliyi tərəfindən təşkil olunan virtual seminarda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Türkiyə Əhlibeyt Alimlər Dərnəyinin sədri Hacı Kadir Akaras, Ankara Universitetindən Dr. Akif Koç, Azərbaycandan din alimi, Araştırmaçı-yazar Hacı İlgar İbrahimoğlu, Əlmustafa Universitetinin Türkiyə təmsilçisi Dr. Vahid Kaşani və başqaları çıxış ediblər.
Canlı yayımda çıxış edənlər İslamda Vəhdətin önəmi, Müasir dünyamızda islami birliyi sarsıdan amillər, Həmrəylik olmamanın acı nəticələri və s. mövzularda ətraflı məlumat verildi.

LAQODEXİDƏ PEYĞƏMBƏRİMİZİN (S) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB
Bu günlər, dünyada “Vəhdət” və “Mövlud” həftəsi olaraq tanınınır. Bu həftə günlərində dünyada olduğu kimi ölkəmizin də bir neçə bölgələrində Həzrət Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) təvəllüd günləri münasibəti ilə bayram tədbirləri keçirilir. Bu gün, Laqodexinin Qaracalar kənd məscidində təşkil olunan mərasimdə yerli müsəlmanların qatıldığı mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftilik vəzifəsinin icraçısı, bölgənin ruhaniləri, Laqodexi munisipalitetinin meri, elm və ictimaiyyət xadimləri iştirak edib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan mərasimdə Aləmlərə rəhmət olan Peyğəmbərimizin (ə) həyatından, ibrətli kəlamlarından, insanlığa örnək davranış tərzi və əxlaqi keyfiyyətlərindən və eyni zamanda İslamda vəhdət və məzhəbindən aslı olmayaraq Peyğəmbər (s) ümməti arasında birliyin, həmrəyliyin önəmindən danışılıb. Mərasim ruhu oxşayan mövludnamə və ilahilərlə davam edib.
Dua ilə yekunlaşan mərasimin sonunda Mövlud bayramı münasibəti ilə bayram süfrəsi təşkil olunub.

TEHRANDA 34-CÜ BEYNƏLXALQ “İSLAMİ VƏHDƏT" MÖVZUSUNDA VİRTUAL KONFRANS KEÇİRİLİR
Tehranda 34-cü beynəlxalq İslam Vəhdəti Konfransı keçirilir. Konfransda İslam dünyasının alimləri və ziyalıları iştirak edirlər. Bu il “Vəhdət həftəsi” günlərində Pandemiyadan dolayı virtual şəkildə keçirilən bu konfransda 167 nəfər 48 xarici ölkədən və 120 nəfər isə İran İslam Respublikasından olmaqla ümumilkdə 287 İslam dünyasının alimləri, rəsmilər və ziyalılar iştirak edirlər.
Dörd dilə tərcümə ilə müxtəlif portallarla yayımlanan konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftisi Hacı Adəm Şantadze çıxış edib.
Qeyd edək ki, ötən il Tehranda keçirilən 33-cü olduqca mühüm və faydalı konfransda da Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri iştirak etmişdi.

BAŞSAĞLIĞI

Published in YAZILAR Noyabr 01 2020
BAŞSAĞLIĞI
Qonşu və qardaş ölkə Türkiyənin İzmir şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 25 nəfərin həlak olduğu və 800-dən şox insanın yaralandığı barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladıq

1 -dən səhifə 32