Thursday, June 4, 2020

YAZILAR 73

Written by Yanvar 29 2020

14 MƏSUMUN HƏYATINDAN BƏHS EDƏN QISA MƏZMUNLU İRİ HƏCMDƏ HAZIRLANAN BUKLETLƏR YAXINDA İŞIQ ÜZÜ GÖRƏCƏKDİR

14 adda olan bukletlərdə Peyğəmbərimiz Həzrət Məhəmməd (s), Xanımlar-xanımı Hz. Fatimeyi Zəhra (s.ə) və Peyğəmbərimizin haqq canişinləri olan 12 İmamımızın həyatı haqqında qısa məlumat yer almışdır.

İri həcmdə 6 səhifədən ibarət rəngli bukletlərin yaxında İri tirajda çap olunması nəzərdə tutulub. Proşurların yaxında Play Merket akauntmızda (islammobile) android tipli telefonlar üçün aplikasiyası da yerləşdiriləcəkdir.

PDF formatlarını (aşağıda verilmiş linlklərə klik etməklə) yükləyə biləcəksiniz.

1. https://cloud.mail.ru/public/xLrm/58hDWev3f
2. https://cloud.mail.ru/public/5NSG/3eWP98M5z
3. https://cloud.mail.ru/public/4aC7/PGophv78x
4. https://cloud.mail.ru/public/3Xus/pUP6B1eqE
5. https://cloud.mail.ru/public/3ShX/5jfxruMxj
6. https://cloud.mail.ru/public/5P22/4MUA5423f
7. https://cloud.mail.ru/public/SfQc/4Mmg8ZNWA
8. https://cloud.mail.ru/public/DDuv/4g587BVyT
9. https://cloud.mail.ru/public/53PV/z47BtBvc1
10. https://cloud.mail.ru/public/2E1u/4uR2GNJTz
11. https://cloud.mail.ru/public/4B5M/3617tyZFD
12. https://cloud.mail.ru/public/4L5H/5HoioCcrz
13. https://cloud.mail.ru/public/3Cm6/5oUc6NfzG
14. https://cloud.mail.ru/public/4KuD/2Z77EMGLN

Written by Yanvar 29 2020

HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə) ŞƏHADƏTİNİN İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ BAŞSAĞLIĞI VERİRİK

Bu gün Əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) əziz qızı və Hz. İmam Əlinin (ə) həyat yoldaşı, imamlar anası və hər iki dünya xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.
Hz. Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmağına baxmayaraq, həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat edib. Peyğəmbər (s) nəsli həzrət Fatimənin (s.ə) övladları ilə davam etdirilib.

"Qurani-Kərim"in bir çox ayələrində, xüsusilə Əhzab surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib. Quranı-Kərimin “Kövsər” surəsi isə xanım Fatimənin şəninə nazil olubdur. Belə ki bəzi bütpərəstlər Məhəmməd peyğəmbəri övladı olmadığını görə, töhmətləndirir və ona sonsuz deyirdilər. Böyük Allah Məhəmməd peyğəmbərə hz Fatiməni verərək, “Biz sənə çoxlu xeyir verdik, buna görə, namaz qılıb qurban kəs və bil ki sənə töhmət vuranlar özləri sonsuzdurlar” deyərək, bu surəni ona nazil edir.

Xanım Fatimənin (s.ə) uşaqlıq illəri Atasının (s) müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət peyğəmbər (s) xanımı Xədicəni (s.ə) itirir; Fatimeyi-Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrət Fatimə (s.ə) müşriklərin Atasına (s) verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim Atasının (s) yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni Peyğəmbərin vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrət Əli (ə) bədbinlər məzarın yerini bilməsinlər deyə, onu gecə ikən dəfn edir. Məhz buna görə də həzrət Fatimənin (s.ə) məzarının yeri naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (s.ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü "Fatimiyyə" günləri kimi qeyd edirlər

Written by Yanvar 25 2020

Gürcüstan Müsəlman Qadınlar İcmasının (GMQİ) "Səyyar Təbliğ Qrupunun" təşkilatçılığı və yerli məscid əhlinin dəstəyi ilə bölgələrdə xanımların iştirakı ilə “Əyyami Fatimə” (Hz. Fatimənin (s.ə) şəhadət günləri) münasibəti ilə silsilə əza mərasimləri keçirilir.

4 -dən səhifə 7