Friday, August 12, 2022

AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN TƏŞKİLATÇILIĞI İLƏ 26 MAY GÜRCÜSTANIN MÜSTƏQİLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

Written by  мая 25 2017
Rate this item
(0 votes)

Bu gün Tbilisi Dövlət Universitetin TDU XII korpusunun iclas zalında Ali məktəblərdə təhsil alan azərbaycanlı

tələbələrin təşəbbüs və təşkilatçılığı ilə 26 may Gürcüstanın Müstəqillik günü ilə bağlı tədbir keçirildi.

Müəllim, tələbə, dövlət rəsmiləri, elm və ictimaiyyət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi də dəvətli idi. 
Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə çıxış edənlər Gürcüstanda müstəqilliyin yaranma tarixi, istiqlaliyyətin əsasları və fəaliyyəti haqqında danışdılar. Gürcüstan Müstəqilliyinin qorunub saxlanmasının onu qazanmaqdan daha çətin olmağından, ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qorunub saxlanılması üçün görüləsi işlərdən söhbətlər açıldı və bu mövzudan bəhs edən tarixi video görüntülər nümayiş edildi. Müstəqillik gününə həsr olunmuş tədbir ölkənin müstəqilliyinin əbədiliyi, ərzi bütövlüyünün bərpası, sülh və firavanlığı üçün dualar edildi.

Read 1903 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ