Thursday, June 4, 2020

TBİLİSİDƏ AZYAŞLILAR ARASINDA QURANI ÜZÜNDƏN DÜZGÜN OXUMA SAHƏSİNDƏ YARIŞMA TƏŞKİL OLUNDU

Written by  May 24 2017
Rate this item
(0 votes)

Ötən ildə olduğu kimi bu gün də Tbilisi Cümə məscidinin iclas zalında Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşağları arasında müqəddəs kitabın üzündən ərəbcə düzgün şəkildə oxunuşu üzrə yarış keçirildi. 

Mübarək Ramazan ayının gəlişi münasibəti ilə təşkil olunan iki günlük (24-25 may) yarışda ölkənin müxtəlif yerlərindən ümumilikdə 70-dən çox oğlan və qız uşaqları hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıbıar.
Yarışlar Qurani-Kərimin tilavəti ilə açıq elan olunub. Yarışlarda qalib olan 5 nəfər qız və 5 oğlan şagird və onların müəllimələri Ramazan ayında Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Fəxri fərmanlarla təltif edilib, pul mükafatları ilə qiymətləndiriləcəklər.
Quranın və dinimizin təlim və tədrisi sahəsində zəhmət çəkən din xadimi və müəllimələrə təşəkkür edir, özlərinə və şagirdlərinə müqəddəs yolda uğurlar arzulayır, Allahdan mükafat diləyirik.

Read 952 times Last modified on Last modified on Dekabr 25 2017