Thursday, June 4, 2020

QARDABANİ ŞƏHƏRİNDƏ İFTAR SÜFRƏSİ AÇILDI

Written by  İyun 16 2017
Rate this item
(0 votes)

Bu gün ötən il olduğu kimi Qardabanidə rayon qamqeobasının (icra hakimiyyətinin) təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu. 

 

 

İftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və İdarənin əməkdaşları ilə birgə Kvemo-Kartlinin qubernatoru, rayon icra hakimləri və bələdiyyə sədr və əməkdaşları, şəhər və ətraf kəndlərindən dəvət olunan dindarlar, din və ictimaiyyət xadimləri də iştirak etdi.
Qurani-Kərimin tilavəti ilə başlayan məclisdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Hacı Yasin Əliyev məclis iştirakçılarını salamlayaraq Ramazan ayı münasibəti ilə təbrik etmiş, bu ayın fəziləti, mahiyyəti və orucun əhəmiyyəti haqqında danışdılar. Məclisdə iştirak edən bölgə qubernatoru, rayon icra hakimi və millət vəkilləri Savalan Mirzəyev və Ruslan Hacıyev iştirakçıları və ölkə müsəlmanlarını təbrik edib Gürcüstanda dinlərarasında mövcud olan dostluq münasibətlərindən və tolerant dövlətimizin dinimizə göstərdiyi diqqət və qayğıdan söz açdılar.
Məclis İlahi nəğmələrin sədası altında davam edib süfrə duası ilə sona çatdı.

Read 1055 times Last modified on Last modified on Dekabr 25 2017