Thursday, June 4, 2020

MARNEULİ ŞƏHƏRİNDƏ İFTAR SÜFRƏLƏRİ AÇILDI

Written by  İyun 21 2017
Rate this item
(0 votes)

Bu ayın 17-si Marneuli millət vəkillərinin, bu gün isə Kvemo Kartli qubernatorunun təşəbbüsü və rayon icra hakimiyyəti və bələdiyyəsinin təşkilatçılığı ilə Marneulidə iftar süfrəsi təşkil olundu.

Hər iki iftar süfrələrində rayon və ətraf kəndlərində dəvət olunan müsəlmanlar iştirak etdi. 
Məclislərdə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri şeyxi və müftisi, Kvemo Kartli bölgə qubernatoru və müavini, Marneuli rayon icra hakimi və bələdiyyə sədri, Azərbaycan səfirliyinin nümayəndələri və digər rəsmilər də iştirak etdi. Quranın tilavəti ilə başlayan məclislərdə din rəhbərləri, millət vəkilləri, bölgə qubernatoru, rayon rəhbərlikləri və səfirlik nümayəndəsi çıxış edərək müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib, Allah ayının insanları saflığa, paklığa, doğruluğa, dürüstlüyə, şəfqətə və yardımlaşmağa səslədiyi haqda söhbətlər etdilər. Ramazan ayı boyunca belə iftar məclislərin artıq neçə ildir ki, ənənəvi hal alaraq ölkənin bir çox şəhər, rayon və kəndlərində yerli idarəetmə orqanlarının və Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən keçirildiyinə işarə etdilər.

Read 999 times Last modified on Last modified on Dekabr 25 2017