Wednesday, September 19, 2018

GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ CARİ İLDƏ BAŞ VERƏN DƏHŞƏTLİ TERROR HADİSƏLƏRİ İLƏ BAĞLI BƏYANAT VERİB

Written by  Dekabr 27 2017
Rate this item
(0 votes)

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri yola saldığımız cari ildə baş verən dəhşətli terror hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Əsrlərdir ki, mehriban və sülhsevərlikləri ilə tanınmış olan müsəlmanlar hər zaman yaşadıqları ölkənin ən mərhəmətli və ən ədalətli insanları kimi tanınmışlar, ölkənin inkişaf və rifahı üçün əllərindən gələni asirgəməmişlər. Bu çoxmillətli quruluş içərisindəki fərqli millət və dində olan vətəndaşlar illərlə mənsub olduqları dinləri azad şəkildə yaşamışlar, dinlərini və mədəniyyətlərini yaşaya biləcəkləri bütün imkanlara da sahib olmuşlar.
Necə ki, Yaradan yaratdığı insanları yer üzündə mərhəmətə, sülhə, şəfqət və barışa dəvət edir. Bu haqda müqəddəs İlahi kitab olan Qurani-Kərimdə buyurur: “… Hər kəs bir kimsəni öldürsə..., o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur…” 
Amma təəssüflə qeyd etməliyik ki, son zamanlarda Yaxın Şərqdə insanlığa yaraşmayan dəhşətli cinayətlərin və acı hadisələrin şahidi oluruq. Günahsız insan qətlləri bizi hədsiz narahat edir. Hesab edirik ki, bu bir tək millətə və dini məsuba aid olanlara deyil bütün insanlığa qarşı törədilən cinayətdir. Hadisələrdən məqsəd qloballaşan dünyada insanlar arasında ziddiyyət və qarşıdurma yaratmaq, bütün bəşəriyyəti biri-birinə düşmən etmək, insanlar arasında dözümsüzlük meyllərini alovlandırmaqdır. Təbi ki, belə hadisələrdən yaşadığımız ölkə və digər dünya dövlətləri də sığortalanmayıbdır. Buna görə də Gürcüstan vətəndaşları olaraq biz ölkə rəhbərliklərinə müraciət edərək bu sahədə ayıq olmağa, sülh və sabitliyin qorunması üçün bütün tədbirləri görməyə çağırırıq. Bu sahədə din və məzhəbindən, dilindən, irq və milli mənsubiyyətindən aslı olmayaraq bütün xalqların həmrəy olmasını da vacib hesab edirik.
Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri olaraq bir daha İslamın sülh və barış dini olduğunu qeyd edibr, dini ləkələyərək din adına terror və şiddətləri hiddətlə qınayırıq. Dini olmayan terroru törədənlərin qanun qarşısında və ən önəmlisi Yaradan qarşısında cavab verəcəyinə də şübhəmiz yoxdur.”
Qeyd edək ki, ötən illərdə də bu mövzuda bəyanatlar verilərək terror hadisələri hiddətlə qınalınmışdır. Müəyyən cinayətkar qruplaşmaların İslamla heç bir əlaqəsi olmadığı və İslamın sülh və barış dini olduğu bəyan edilmişdi.

Read 290 times