Thursday, June 4, 2020

GÜRCÜSTAN TARİXİNDƏ İLK DƏFƏ HAZIRLANAN DİNİ XƏRİTƏLƏRİN TƏQDİMATI OLDU

Written by  May 24 2017
Rate this item
(0 votes)

Gürcüstanda ilk dəfə olaraq bölgələrə görə dinlərin statistik vəziyyəti və müxtəlif dinin ardıcıllarının hansı şəhər və rayonlarda yaşadıqlarını əks etdirən xəritələr çap olunub.

 

Dini Məsələlər üzrə Dövlət Agentliyi təşəbbüsü ilə böyük müqəvvalarda çap olunan xəritələrin yeni hazırlanmış elekton versiyası da təqdim olunub.
Dini icmaları rəhbərləri, səfirlər, dövlət və ictimaiyyət xadimlərinin iştirak etdiyi tədbirdə həmin dini qurum tərəfindən çəkiliş aparılaraq hazırlanan Gürcüstandakı dini məkan və ibadətxanaların 3D fotoları da nümayiş edildi.
Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxışında bildirdi ki, ölkədə dini icmaların statstik məlumatını əks etdirən bu xəritəyə ehtiyac olduğu üçün uzun müddət çalışmalardan sonra bu xəritələr hazırlanıb. 
Tədbirdə çıxış edən dövlət rəsmiləri ölkəmizdə bütün dini konfessiyaların sülh və əminamanlıq içərisində azad yaşamalarının bir çox dünya ölkələrinə nümunə olduğunu bildirilib.

Read 861 times Last modified on Last modified on Yanvar 06 2018