Sunday, June 24, 2018

TBİLİSİDƏ “DİN VƏ İCTİMAİ HƏYAT” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB Featured

Published in XƏBƏRLƏR Written by  Fevral 12 2018 font size decrease font size increase font size
Rate this item
(0 votes)
Gürcüstanda Pravoslav Kilsəsinin bərpasının 100 illiyinə həsr olunmuş konfransda Dövlət rəsmiləri, Elm adamları, dini İcma rəhbərləri və Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi də iştirak ediblər.

Konfransda Prezident Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze və başqaları çıxış edərək ölkədə din-cəmiyyət münasibətlərindən danışıb, dövlətin din siya...sətinin ayrı-ayrı aspektlərini diqqətə çatdırıb, Gürcü provaslav kilsəsinin ölkənin ictimai, siyasi həyatdakı müsbət roluna işarə ediblər. Toleranlığın tarixi ənənələrinin qorunub saxlanılmasında kilsənin böyük xidmətləri olduğunu dilə gətiriblər.
Bildirilib ki, 1811-ci ildə rus imperiyası tərəfindən ləğv edilən gürcü patriarxlığı uzun və əzmkar mübarizədən sonra 1917-ci ildə yenidən bərpa olunub. Bu gün qarşılıqlı inam, tarixi ənənələr və mədəniyyətlər arasındakı qarşılıqlı hörmət Gürcüstan cəmiyyətinin əsas nailiyyətlərindən biridir. Bu gün ölkədə tolerantlıq hökm sürür. Gürcüstanda bütün dini icmalar bərabər şəkildə inkişaf edir, dini ayinləri icra edirlər.

Read 168 times