Wednesday, September 19, 2018

TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ XOCALI SOYQIRIMININ QURBANLARI YAD EDİLİB

Written by  Fevral 25 2018
Rate this item
(0 votes)

Tədbirdə din xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. 


Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsisinin şeyxi Ramin İgidov, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Fəxri Hacıyev və başqaları çıxış edərək tədbir iştirakçılarına azərbaycanlıların həlak olduğu Xocalı Soyqırımının tarixi barədə ətraflı məlumat veriblər.

Sonra Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə azərbaycanlıların həlak olduğu Xocalı Soyqırımı qurbanlarına həsr etdiyi “Xocalı harayı” poemasını söyləyib.
Məsciddə faciə qurbanlarının ruhlarına Quran və dualar oxunub, Xocalıda və dünyada qətlə yetirilmiş günahsız insanlara Allahdan rəhmət dilənilib. Tədbirin sonunda ehsan verilib.

Read 299 times Last modified on Last modified on Mart 07 2018