Wednesday, September 19, 2018

DİNİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVƏT AGENTLİYİ HESABAT TƏQDİM ETDİ

Written by  Mart 07 2018
Rate this item
(0 votes)

Bu gün Tbilisidə yerləşən Courtyard Marriott mehmanxanasında Dini Məsələlər üzrə Dövlət Agentliyini ötən 2016-2017 illərdə görülən işlər barədə hesabat verdi və dövlətin dini siyasətinin strategiyasını və hədəflərini ictimaiyyətə təqdim etdi.

Tədbirdə Dini İcma rəhbərləri, Gürcüstanın hökumət və beynəlxalq təşkilatların rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak etdi .
Öncə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze hesabat təqdim edib, ölkədə dini icmaların haqqında ətraflı məlumat verdi. O çıxışı zamanı Agentliyin beynəlxalq əlaqələr baxımından fəaliyyətinə toxunaraq ötən illərdə görülən işlər, yeniliklər və qarşıda duran problemlərdən danışdı və gələcək proqramlarını açıqladı. 
Sonra Dini icma nümayəndələrinə - Gürcü Provaslav Kilsəsi, İslam dini, Yəhudi icması, Erməni Apostol kilsəsi, Katolik və digər dini icmalara söz verildi. Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən çıxış edən nümayəndə dövlətin son zamanlar dini zəmində yığılıb qalmış problemlərin dialoq çərçivəsndə həllinə çalışması yolunda göstərdiyi səyləri təqdirəlayiq hal hesab edibdir. Müsəlman icması Gürcüstanda tez-tez qarşıya çıxan əsas problemin məscidin tikintisi ilə bağlı olduğu bildirildi. Eyni zamanda gələcəkdə dini tədrislə bağlı proqramda, dərsliyin hazırlanmasında və tədris edənlər haqqında dövlətin olduqca diqqətli davranmalı olduğunu söylədilər. 
Çıxış edən digər dini icma nümayəndələri Dini Məsələlər üzrə dövlət Agentliyinin fəaliyyətini yüksək qiymətlənirib, dövlətdən səlahiyyətlərinin artmasını istədilər. Ölkədə dövlət-din münasibətlərinə aydınlıq gəlməsi üçün olduqca mühüm amil olan dini qanunun qəbul olunmasının əhəmiyyəti dilə gətirdilər.

Read 252 times Last modified on Last modified on Mart 07 2018