Thursday, December 2, 2021

GÜRCÜSTANDA “MƏBƏS” VƏ “MERAC” BAYRAMLARI MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Written by  апреля 14 2018
Rate this item
(0 votes)

Bu gün Saqareconun Düzəyrəm (Qaraçöp) kəndində Hz. Məhəmməd Peyğəmbərin (s) “Məbəs” bayramı

(Peyğəmbərliyə yetişdiyi gün) və “Merac” qəndili (Meraca yüksəldiyi gün) münasibəti ilə bayram tədbiri keçirildi.


Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak etdi. 

Sadə Bayram süfrəsi ətrafında təşkil olunan tədbiri Rza Cəfəri Quran tilavəti ilə başladı. Tədbirin aparıcısı Əfqan Yolçuyev qonaqları salamlayıb təbrik söyləmək üçün ilk öncə sözü Gürcüstan Müsəlmanları İdarəsinin Saqareco üzrə nümayəndələrinə Cəbrail Məmmədov və Məşədi Samir Əliyevə verdi. Sonra əslən həmin kənddən olan Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyinin sədr müavini Hacı Eyvaz Mərdanov qonaqları iki bayram münsibəti ilə təbrik edib, mərasimin təşkilatçılarına minnətdarlığını bildirdi. O Hz. Peyğəmbərin (s) həyatından örnəklər, kəlamlarından nəsihətlər söylədi.
Kürsüyə növbəti dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayramlar münasibəti ilə təbrik etdikdən sonra Hz. Peyğəmbərin (s) Qurani-Kərimdə zikr olunan xüsusiyyətləri və gətirdiyi dinin əsas mahiyyəti haqqında geniş məlumat verdi.
Sonra çıxış edən Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev tədbir iştirakçılarını və dövlət rəsmilərini salamlayıb təbriklərini çatdırdıqdan sonra yaşadığımız üç ayın və aləmlərə rəhmət olan Peyğəmbərimizin fəzilətləri haqqında danışdı. Hz. Peyğəmbərin (s) kəlamlarını zikr edərək müsəlmanların üzərinə düşən vəzifələrdən söhbət açdı.
Mərasimdə iştirak edən Saqareco rayonunun icra hakimi Qiorqi Erbotsonaşvili isə müsəlmanlrarı təbrik edərək, dəvətə görə təşəkkür edib xoş arzularını çatdırdı. Sonda Gürcüstan Azərbaycanılarının Ağsaqqallar Şurasının sədri İsak Novruzov, yerli Ağsaqqallar Şurasının sədri Ağabalı Xeyirxəbərov çıxış edərək belə tədbirlər vasitəsi ilə dinimizin şəxsiyyətlərini və göstərişlərinin ictimaiyyətə çatdırılmasının önəmindən danışdılar. Hz. Məhəmmədin (s) üstüün keyfiyyətlərini qeyd etdilər. 
İki saat müddətində davam edən mərasimdə çıxışlararası və sonda Kərbəlayi Səid Həsən və Kərbəlayi Rza Cəfəri ilahilər ifa etdilər.

Read 1708 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ