TÜRKİYƏDƏ "DÜNYA MÜSƏLMAN AZLIQLAR ZİRVƏSİ" KEÇİRİLİR
Türkiyənin Diyanət İşləri Bakanlığı tərəfindən təşkil edilən
"Dünya Müsəlman Azlıqlar Zirvəsi" bu gün 100 ölkədən 250 dəvətlinin iştirakı ilə İstanbulda başladı.
Toplantıya dünyanın dörd bir yanından, qeyri müsəlman ölkələrdən dini liderlər, yazıçı və alimlər qatılıblar.
İlk dəfə təşkil olunan zirvədə ölkəmizdən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Qərbi Gürcüstan müftisi Hacı Beglar Kamaşidze, Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev iştirak edirlər. Zirvə 19 aprelə qədər - dörd gün davam edəcəkdir. Bu müddət ərzində müsəlmanların yaşadıqları ölkələrdəki əsas problemlər, həll yolları və əməkdaşlıq sahələri haqda fikirlər bölüşüləcəkdir.
http://bgmi.ge/index.php/news/item/495-turkiyaedae-dunya-musaelman-azlizhlar-zirvaesi-kedzhirilir#sigProId3b907169d6