Friday, November 16, 2018

"GÜRCÜSTANIN 100 İLLİYİNDƏ DİNLƏRİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Written by  İyul 18 2018
Rate this item
(3 votes)

Dünən Tbilisidə yerləşən “Courtyard Marriott” mehmanxanasında Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşkilatşılığı ilə müxtəlif dini icma rəhbərlərinin iştirakı ilə elmi konfrans keçirildi.

“Sülhməramlı dinlər arası dialoq” layihəsi çərşivəsində keçirilən 3-cü konfransın mövzusu "Gürcüstanın 100 illiyinidə dinlərin rolu” idi. 
Konfransda Gürcüstanın tarixində mühüm rolları olan dinlər tərəfindən öncədən təqdim olunmuş yazılar oxundu, ölkənin quruculuğunda, inkişafında və suverenliyinin qorunmasın sahəsində digər dinlərlə birgə azərbaycanlı və gürcü (acar) müsəlman dövlət, ictimaiyyət və din xadimlərinin da əvəzsiz xidmətlərindən danışıldı.
Dörd saat sürən konfransda müxtəlif dini icma nümayəndələri, dövlət rəsmiləri, elm adamları və Azərbaycan, Türkiyə, İran və s. ölkələrin səfirləri və müxtəlif QHT nümayəndələri iştirak etdi.

Read 137 times