Monday, March 1, 2021

TBİLİSİDƏ AZYAŞLILAR ARASINDA QURAN MÜSABİQƏSİ KEÇİRİLİR

Written by  İyul 27 2018
Rate this item
(0 votes)

Artıq neçə ildir ki, Tbilisidə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşaqları arasında Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunur. 
Keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən onlarla oğlan və qız uşaqları hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayırlar.


Bu il üçün təşkil olunan yarışa bu gün Tbilsidə yerləşən “Əhli-beyt” məscidində start verildi. Yarışda 40-dan çox azyaşlı qız uşaqları iştirak etdi. Növbəti yarış bu ayın 29-da azyaşlı oğlanlar arasında olacaqdır. Yarışların sonunda uğurla çıxış edib fərqlənən şagirdlər (qaliblər) və onların ustadları Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən pul mükafatları ilə qiymətləndiriləcəklər. Bütün iştirakçılara Təqdirnamələr, Qurani-Kərimin tərcüməsi və digər kitablar hədiyyə olunub.

Read 1034 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ