Friday, January 15, 2021

TBİLİSİDƏN HƏCC ZİYARƏTİNƏ YOLA DÜŞƏN ZƏVVARLARIMIZ ARTIQ MƏDİNƏ ŞƏHƏRİNDƏDİRLƏR

Written by  Avqust 13 2018
Rate this item
(0 votes)

Dünən Gürcüstandan 34 nəfərdən ibarət zəvvarlarımız Həcc ziyarətinə yola düşdülər. Bu gün artıq onlar Mədinə şəhərindədirlər. Zəvvarlarımızın Məkkə və Mədinə şəhərlərində ziyarət, ain və ibadətlərini yerinə yetirdikdən sonar 2 sentyabr tarixind' vətənə dönəcəkl'əri nəzərdə tututlub.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında həcc ziyarətçilərimizin öncədən bütün təşkilati məsələləri həll olunub. Zəvvarları müşayiət edəcək qrup rəhbərləri təyin olunub. 
Məkkə və Mədinə səfərlərində mehmanxana icarəyə götürülüb, zəvvarlarımızın nəqliyyatla, səhər-axşam yeməyi və mehmanxanada gün ərzində isti çay və qəhvə ilə təmini nəzərdə tutulub.
Zəvvarlara Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən öncədən hazırlanmış çantalar, ehram və həcc təlim kitabçası paylanıb.
Zəvvarların yolasalma mərasimində Gürcüstan Müsəlmanları İdarəsinin şərqi üzrə müftisi və idarənin əməkdaşları iştirak edib. Zəvvarları təbrik edib, ziyarətlərinin qəbulunu diləyib, müqəddəs məkanlarda ölkələrinin və bütün dünyanın sülh, rifah və əminamanlığı üçün dua etmələrini tövsiyə ediblər. 
Allah arzusunda olan hər kəsə nəsib etsin. Amin!

Read 902 times Last modified on Last modified on Avqust 13 2018