TBİLİSİDƏ HZ. İMAM ƏLİ (Ə) VƏ FATİMEYİ ZƏHRANIN (S.Ə) EVLİLİK İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ "AİLƏ VƏ ÖVLAD TƏRBİYƏSİ" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB
Bu gün Tbilisidə “Alul-beyt” Mədəniyyət Mərkəzinin konfrans zalında Hz. İmam Əli (ə) və Fatimeyi Zəhranın (s.ə) evlilik ildönümünə həsr olunmuş “İslamda ailə və övlad tərbiyəsi” mövzusunda növbəti elmi konfransın keçirildi. Əsas mövzusu “Övlad tərbiyəsi” olan bu konfrarnsa məktəb müəllimələri, din, elm və ictimaiyyət xadimələri və tələbələr dəvət edilmişdi.
Xanımların iştirakı ilə keçirilən konfransın aparcısı Gürcüstan Müsəlman Qadınıar İcmasının üzvü (GMQİ) Gülsəfa Şahverdiyeva toplantını açıq elan edərək Qurani-Kərimin tilavəti üçün sözü Şahnaz Həsənova verdi.
Sonra Gürcüstan Müsəlman Qadınları İcmasının sədri Gülşə Nemətova “Sağlam və saleh övlad” kitabının yazarı Məsumə Şahmərdanlı, Qadınıar İcmasının üzvləri Elnurə Heydərova, Fatimə Süleymanova və başqaları çıxış etdilər.
Çıxış edən xanımlar İslamda övlad tərbiyəsi, Qadının sağlam ailənin formalaşmasında rolu, Sağlam və saleh övlad tərbiyəsində mühüm amillər və s. haqqında geniş və faydalı məlumatlar verdilər.
Konfrans sonrası iştirakçılar şirniyyat süfrəsinə dəvət olundular. Onlara Ailə mövzusunda yeni çap olunmuş “Sağlam və saleh övlad” kitabı hədiyyə edildi.