Friday, January 15, 2021

QURBAN BAYRAMINIZ MÜBARƏK!

Written by  Avqust 21 2018
Rate this item
(0 votes)

Qurban bayramı fədakarlıq, şəfqət, mərhəmət, yardımlaşma, birlik və səmimilik rəmzidir. Bu bayram üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən insanlara ortaq miras olaraq qalmışdır. Buna görə də Allahın yaratdığı olan Adəm övladları məlum Qurban hadisəsindən ibrət almalı, həyatlarında yaşamalı idilər.


Ancaq, təəssüflə qeyd etməliyik ki, bu bayram günündə də dünyaya baxdığımız zaman xoş ortamın olmadığının şahidi oluruq. Bu gün dünya ölkələri bir-birlərini təbrik yerinə təhdid, dostluq yerinə düşmənçilik, birlik yerinə əlaqələrin kəsilməsi, mərhəmət yerinə zülm, şəfqət və bağışlama əvəzinə isə sanksiyalar tətbiq edib bir-birilərindən nemətləri əsirgəyirlər.
Yenə də dünyada 815 milyon ac insan olmaqla hər gün 21000 yoxsul can aclıqdan, yüzlərlə insan ağır xəstəliklərdən ölməkdə, yüz minlərlə insan öz evindən, vətənindən didərgin düşməkdədir.
Təəssüflə hələ də güc, sərvət və cəhalət qurbanıdır bir çox günahsız insanlar. 
Allahdan ölkəmizə və dünyaya sülh və əminamanlıq, bolluq və firavanıq, dostluq və xöşbəxtlik arzulayıram. Qurban bayramı münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların, edilən dua və ibadətlərin Allah dərgahında qəbulunu, insanlara dünya və axirət səadətini arzulayıram! Qarşıdan gələn ŞƏFQƏT, MƏRHƏMƏT VƏ BİRLİK BAYRAMINIZ MÜBARƏK!

Read 993 times