Friday, November 16, 2018

GÜRCÜSTANDA QƏDİR-XUM BAYRAMI QEYD OLUNUR

Written by  Avqust 29 2018
Rate this item
(1 Vote)

Dini bayram və mərasimləri ölkəmizin müxtəlif yerlərində keçirilməsini proqramlaşdırdığmıza görə "Qədir-xum" bayramını bu gün, Ağbulaq rayonunu Kosalar və Msxetanın Sxaldidi kəndində yerli sakinlərin və inanclıların iştirakı ilə qeyd etdik. 


Qurani-Kərimin tilavəti ilə açılan mərasimlərdə “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi və eləcə də İslam ümmətinin vəhdətinin zəruriliyi haqda məclis iştirakçıları məlumatlandırıldı. Peyğəmbərimizn (s) sifariş və vəsiyyəti müsəlmanlara xatırladıldı. Mərasim şeir və ilahi nəğmələrin sədaları altında keçirildi.
Qeyd edək ki, bu günlər Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə dinimizin kamil olduğu və İlahi nemətin tamamlandığı gün olan "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur. Allah belə tədbirlərin təşkil olunmasında zəhmət çəkən hər kəsdən qəbul etsin.

Read 105 times