Friday, November 16, 2018

TBİLİSİDƏ MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ İZDİHAMLI ŞƏKİLDƏ KEÇİRİLİB

Written by  Sentyabr 20 2018
Rate this item
(0 votes)

Gürcüstanın bir çox şəhər və kəndlərində olduğu kimi paytaxt Tbilisidə Cümə məscidində (və digər səkkiz yerdə) 10 günlük Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə izdihamlı şəkildə keçirildi.

Məhərrəm ayının əvvəlindən etibarən axşam namazından sonra təşkil olunan mərasimlərdə Quran və dualar oxundu, söhbətlər edildi, mərsiyələr oxundu və hər axşam Ehsan süfrələri açıldı. Bu il də də Tbilisi məscidində də qanvermə aksiyası təşkil olundu. Onlarla müsəlman qan çatışmamazlığından əziyyət çəkən xəstələrə öz qanlarını bağışladılar.

Gürcüstan Müsəlmanları İdarəsi İmam Hüseynin (ə) Kərbəla qiyamını xatırladan və dinimizi öyrənməyə şərait yaradan belə məclislərinin təşkilində hər növ zəhmət çəkənlərə Allahdan əcr diləyir, dua və Ehsanların ali dərəcədə qəbul olunmasını istəyir. Allah bütün Hüseynsevərlərə və Onun yolunu gedənlərə Həzrətin bu dünyada ziyarətini və axirətdə isə şəfaətini nəsib etsin. Amin!

{gallery}mersiye{/gallery{

Read 79 times