Friday, November 16, 2018

ALMANİYADA AŞURA KONFRANSI KEÇİRİLİB

Written by  Sentyabr 26 2018
Rate this item
(0 votes)

Avropa Əhlibeyt Alimlər Birliyi ilə Avropa Əhlibeyt Gəncləri Birliyinin birgə təşkil etdiyi Aşura Konfransı bu İl Essen şəhərində keçirildi.

Beynəlxalq Konfransa bir neçə Avropa və Asiya ölkələrindən alimlər, Almaniyanın müxtəlif şəhərlərindən yüzlərlə Əhlibeyt aşiqləri qatıldılar. 
Quran tilavəti ilə başlayan konfransda Aşura hərəkatı və hadisəsi haqqında çıxışlar oldu, rövzə, şeir və mərsiyələr oxundu. Sonda isə səhnə nümayiş edildi və İmam Zaman duası ilə dört saatlıq proqram sona çatdı.
Konfransda iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxışı zamanı Aşura mərasimlərinin əhəmiyyət və mahiyyətindən danışdı. O qeyd etdi ki, “bu mərasimlər yas deyil dərs olmalıdır. Çünki İmam Hüseyni (ə) və hərəkatını tanımaq üçün anmaq, anmaq üçün də elə tanımaq lazımdır. İmamın etdiyi qiyamın məqsəd və məramının əhəmiyyətini düzgün öyrəndikcə onun yaşaması üçün əzadarlıq mərasimlərinin keçirilməsinin əhəmiyyəti artacaqdır. Dini diri saxlamaq üçün fədakarlıq göstərəni diri saxlamaq, gələcək nəsillərə örnək olaraq təqdim etmək Peyğəmbər (s) ümmətinin borcudur”.
Qeyd edək ki, Almaniyada və Avropanın bir neçə ölkələrində “Aşura” və “Ərbəin” konfransları hər il möhtəşəm şəkildə təşkil olunmaqdadır.

Read 86 times Last modified on Last modified on Noyabr 10 2018