Friday, January 15, 2021

ALMANİYANIN İSLAM MƏRKƏZLƏRİNDƏ

Written by  Noyabr 10 2018
Rate this item
(0 votes)

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Marneulinin baş axundu və İmam Rza (ə) adına mədrəsənin müdiri Hacı Əziz Nəbiyev Almaniyaya səfərləri müddətində Almaniyanın bir neçə şəhərində və Belçikanın paytaxtı Brusseldə yerləşən bir neçə məscid və İslami mərkəzlərdə olmuş, din alimləri ilə görüşmüşlər.

Onlar Avropadakı müsəlmanların dini vəziyyəti və onların fəaliyyət sahələri haqqında tanış olmuş, ruhanilərlə görüşmüşlər. Gələcəkdə birgə müəyyən layihələr həyata keçirmək haqqında fikir mübadiləsi aparmışlar.
Gürcüstanlı din xadimləri dəvətə və səmimi qonaqpərvərlik göstərdiklərinə görə “Alulbeyt” müsəssisəsinin müdiri və Berlində “İmam Cəfər Sadiq (ə)” adına məscidin İmam Cüməsi Hacı Kərim Ucara və Köln dəyerləşən “Əhlibeyt” məscidinin İmam Cüməsi Mir Baqir Ağayevə və Avropa Əhlibeyt alimlərinə dərin minnətdarlığını bildirir.

Read 684 times Last modified on Last modified on Noyabr 10 2018