Friday, January 15, 2021

MÜFTÜ İMAMLARLA GÖRÜŞ KEÇİRDİ VƏ KİTABLARIN TƏQDİMATI OLDU

Written by  Noyabr 13 2018
Rate this item
(0 votes)

6 noyabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Diğumidəki mərkəzi ofisində Şərqi Gürcüstan müftiliyinə bağlı olaraq fəaliyyət göstərən din müəllimlərinin və imamların aylıq iclası baş tutdu.

İlk olaraq ilahiyyatçı Rəhim Şəmşiyevin Qurani Kərim tilavətindən sonra İclası BGMİ-nin əməkdaşı Bəxtiyar Tanrıverdiyev açaraq bu görüşün mahiyyətindən danışdı. Sonra ilahiyyatçı Şirxan Çobanov tərəfində “QURANİ KƏRIM İŞIĞINDA AĞIL QAVRAMI” mövzusunda seminar  verildi.

Seminar bitdikdən sonra müfti hacı Yasin Əliyevin din müəllimləri və imamlarla aylıq iclası oldu. İclas zamanı bir ay ərzində görülən işlər haqqında məlumat verildi və müzakirə olundu. Sonra gələcək aydakı fəaliyyətlər haqqında müftinin tövsiyələri dinlənildi.

İclas bitdikdən sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin və Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının birgə nəşr etdirdikləri 9 min tirajla nəşr olunan 11 fərqli addakı KAİNAT QURAN VƏ İNSAN, TƏFƏKKÜR, MƏSNƏVİ SÖHBƏTLƏRİ, ŞƏXSİYYƏT DİLİ VƏ LİDERLİK, SÜNNƏSİZ DİN NAQİSDİR, PEYĞƏMBƏRİMİZİN İSLAMI TƏBLİĞ METODLARI, İMANDAN EHSANA TƏSƏVVÜF, DAR AĞACINDAKI QURAN ŞƏHİDLƏRİ, HAQQ DOSTLARINDAN HİKMƏTLƏR-BAYAZİD BISTAMİ, MÖMİNDƏ RUHİ DİSİPLİN, DƏLİLLƏRİYLƏ AİLƏ ELMİHALI kitablarının təqdimatı keçirildi. Təqdimat mərasimində müxtəlif bölgələrdən olan din müəllimləri, imamlar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Təqdimatın sonunda  iştirakçılara bu kitablardan hədiyyə edildi.

Read 741 times Last modified on Last modified on Noyabr 13 2018