Thursday, June 4, 2020

ZƏVVARLARIMIZ ARTIQ KƏRBƏLAYA YETİŞİBLƏR

Written by  Noyabr 23 2018
Rate this item
(0 votes)
Kərbəla ziyarətinin zəvvarları artıq bu şəhərə yetişiblər. Bu ayın 17-dən din xadimi və dindarlardan ibarət ziyarət karvanı öncə Qumdakı ziyarətlərdə olub ordan Nəcəf şəhərinə yola düşüblər.
Bu müqəddəs şəhərdə Hz. İmam Əlinin (ə) ziyarətgahını və Kufədə digər ziyarətgahları ziyarət ediblər. Onlar böyük təqlid alimlərindən olan Ayətullah Seyid Əli Hüseyni Sistani və Ayətullah Seyyid Məhəmməd Səid əl-Həkim ilə görüşüblər.
Artıq Kərbə...la şəhərinə yetişən zəvvarlarımız burada Şəhidlər ağası İmam Hüseynin (ə) və qardaşı Həzrət Əbəlfəzl Abbasın mübarək məzarlarını ziyarət edirlər. Onlar Samirra və Kazmeyn şəhərlərində dört imamımızın ziyarətgahlarında olduqdan sonra yenidən Qum şəhərində qayıdıb, ordan da ertəsi gün vətənə yola düşəcəklər.
Bu ziyarət səfərinin təşkilində Gürcüstan Müsəlmanları İdarəsi ilə əməkdaşlıq edən və yüksək qonaqpərvərlik nümayiş etdirən Əl-Hikmə və Alulbeyt müəssisələrinin nümayəndəliklərinə təşəkkür edir, Allahdan mükafat diləyirik. Allah zəvvarların ziyarətini qəbul və arzusunda olan hər kəsə nəsib etsin. Amin!
Read 576 times Last modified on Last modified on Noyabr 23 2018