Tuesday, November 12, 2019

DMANİSİ VƏ BOLNİSİDƏ VƏHDƏT HƏFTƏSİNDƏ MÖVLUD MƏRASİMLƏRİ KEÇİRİLİB

Written by  Noyabr 23 2018
Rate this item
(1 Vote)

Dmanisi və Bolnisidə keçirilən bayram mərasimi də Gürcüstanın digər yerlərində keçirilən tədbirlərdə olduğu kimi Qurani-Kərimin tilavəti ilə başladı.

Tədbirdə Peyğəmbərimizin (ə) həyatından, ibrətli kəlamlarından, insanlığa örnək davranış tərzi və əxlaqi xüsusisiyyətlərindən söhbətlər edildi, şeir və ilahilər söylənildi. Sonda Gürcüstan Müsəlmanları İdarəsinin son beş il ərzindəki fəaliyyətləri haqqında da iştirakşılara məlumatlar verildi. Bölgədə fəaliyyət göstərən din xadimləri İdarə tərəfində “Təşəkkürnamə” ilə təltif edildilər.
Tədbirdə yerli müsəlmanlarla birgə Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi, din xadimləri, yerli idarəetmə orqanlarının rəhbərləri, elm və ictimaiyyət xadimləri iştirak etdilər. Mərasim dua oxumaqla sona çatdı.

6fe1c589e796bff64c81da223cb0c48f XL

Read 494 times Last modified on Last modified on Fevral 02 2019

მეჩეთები

ლოცვის დრო [2016]