Thursday, June 4, 2020

TBİLİSİDƏ HZ. PEYĞƏMBƏRİN MÖVLUDUNA HƏSR OLUNMUŞ "İSLAM PEYĞƏMBƏRİNƏ (S) GÖRƏ MÜSƏLMAN QADINI" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Written by  Noyabr 23 2018
Rate this item
(0 votes)

Bu gün Tbilisidə “Alul-beyt” Mədəniyyət Mərkəzinin konfrans zalında Hz. Peyğəmbərin (s) mövluduna həsr olunmuş "İslam Peyğəmbərinə (s) görə müsəlman qadını" mövzusunda konfrans keçirilib. Konfrarnsda din, elm və ictimaiyyət xadimələri müəllimələr və tələbələr iştirak edib.


Xanımların iştirakı ilə keçirilən konfransın aparcısı Gürcüstan Müsəlman Qadınıar İcmasının üzvü (GMQİ) Sevinc Namazova toplantını açıq elan edərək Qurani-Kərimin tilavəti üçün sözü Ayşən Ziyadəliyevaya verdi. 
Sonra Qadınıar İcmasının üzvlərindən Nahidə Hacıyeva, Elnurə Heydərova, Gunay Quliyeva, Lamiyə Hacıyeva və başqaları çıxış etdilər.
Çıxış edənlər Hz. Peyğəmbərimizə görə Müsəlman qadının məqamı, hüququ, əxlaqi xüsusiyyətləri, məsuliyyət və vəzifələri haqqında danışıblar.
Sonra Gürcüstan Müsəlman Qadınları İcmasının sədri Gülşə Nemətova Gürcüstan Müsəlmanları İdarəsinin son beş il ərzində gördüyü işlər haqqında məlumat verib. Qadınlar İcmasının üzvlərinə dini qurum tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.
Tədbirin sonunda sual-cavab yarışı olub qalib olanlar hədiyyələrlə mükafatlandırılıblar. 
Qadının sağlam cəmiyyətin formalaşmasında rolu haqqında geniş və faydalı məlumatlar veriblər.
Konfrans sonrası iştirakçılar şirniyyat süfrəsinə dəvət olundular. Onlara jurnal və posterlər hədiyyə olunub.

Read 637 times