Friday, May 24, 2019

GÜRCÜSTAN AZƏRBAYCANLILARI RUSİYADA YENİ İBADƏT VƏ DİNİ MƏRASİM MƏRKƏZİ AÇIBLAR

Written by  Mart 27 2019
Rate this item
(0 votes)

Gürcüstan azərbaycanlılarının Moskvada yeni istifadəyə verilən Hüseyniyyənin açılışı olub.


Gürcüstan Azərbaycanlılarından ibarət Dini İcma Maskvada yaşayan soydaşlarımız üçün ibadət və dini mərasimlərin keçirilməsi məqsədi ilə bu Hüseyniyyəni açıblar.
Qeyd edək ki, uzun müddət öncə 9 nəfərdən ibarət İcma üzvləri dini İcmanın təsisi və qeydiyyatı ilə bağlı rəsmi aidiyyatı qurumlara müraciət etmişdilər.
Rəsmi icazə ilə fəaliyyətə başlayan Hüseyniyyə 150 nəfərin ibadət etməsi üçün ən yüksək şəraitə malikdir.
100 nəfərə yaxın Gürcüstan azərbaycanlılarının ianələri hesabına maliyyələşən İcmanın ibadət üçün məscidi, yeməkxanası və kitabxanası da mövcuddur.

Bu məkanın açılışında yardımı və zəhməti keçən soydaşlarımıza təşəkkür edir, Allahdan əcr və mükafat istəyirik. Uca Allahımızdan həmin məkanda edilən ibadətlərin və keçirilən mərasimlərin ali dərəcədə qəbul olmasını diləyirik.

{gallery}moskvaibadet{/gallery}

Read 85 times Last modified on Last modified on Mart 29 2019