Friday, May 24, 2019

XANIMLAR ÜÇÜN AİLƏ MÖVZUSUNDA SİLSİLƏ TƏLİM PROQRAMLARI DAVAM EDİR

Written by  Mart 27 2019
Rate this item
(0 votes)

Artıq iki il bundan öncə başlayan “Sağlam ailə, sağlam cəmiyyət” adı altında silsilə təlim proqramları ölkəmizin müxtəlif məntəqələrində təşkil olunur. GMİ nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının

təşkilatçılığı ilə növbəti proqram “Ailə inistitutu və dini dəyərlər” mövzusunda Qardabani rayonunun Sarticala Muğanlısı kəndində keçirilib. Yerli müəllim kollektivi və xanımların iştirakı ilə keçirilən proqramda Qadınlar icmasının üzvləri Qadının Ailə və cəmiyyətin formalaşmasında rolu, Sağlam və Saleh övlad tərbiyəsi, Ailədə ər və arvadın qarşılıqlı vəzifələri, Ailədaxili ziddiyətlərin və boşanmaların səbəbi mövzularında ətraflı məlumat veriblər.
Sonda iştirakçılar şirniyyat süfrəsi ətrafında təəssüratlarını bölüşüblər. Onlara ailə, övlad tərbiyəsi və Hicab haqda praşur və infografiklər hədiyyə olunub.

Read 72 times