Thursday, August 22, 2019

TBİLİSİDƏ İSLAM MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Written by  Mart 31 2019
Rate this item
(0 votes)

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin və Alulbeyt Dini Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə Tbilisidə “Sülh, şəfqət və rəhmət dini – İslam” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda tələbələr elm, media və ictimaiyyət xadimləri və 5 ölkədən görkəmli alimlər, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev və Qərbi Gürcüstan üzrə Mufti Hacı Beqlar Kamaşidze, Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən İmam Sadiq (ə) adına məscidin imam cüməsi Hacı Kerim Ucar, Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Hacı Ahmed Erdem, İranda yerləşən Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Davud Zare və elm və ictimaiyyət xadimləri və digər qonaqlar iştirak edib.
Kamran Məmmədovun moderatorluğu ilə, Ruslan Qasımovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra konfransda İslamın sülh və barışa səsləməsi, haqsızlıq, zorakılığa və qəddarlığa qarşı olması, İslamofobiyanın yol verilməzliyi, beynəlxalq problemlər və onların həllində İslami dəyərlərin rolu, müasir günümüzdə fundamental və radikal din anlayışının təhlükəsi və s. mövzularda çıxışlar olub. Ümumbəşəri, cahanşümul son və kamil din olan İslamın sülh, şəfqət, sayqı , sədaqət , rəhmət, vəhdət, sevgi və barışa səsləyən prinsipləri haqda və digər səmavi dinlərlə birgə terror və ekstremizimin bütün növünə qarşı olduğu haqqında da geniş danışılıbdır. 
Konfransın sonunda dünya ictimaiyyətinə İslam dininin düzgün maarifi, Tək ümmət prinsi ətrafında vəhdətin güclənmısi, İslamofobiyanın yolverilməzliyi, terrorla İslamın heç bir əlaqəsi olmaması, dünyada baş verən günahsız insan qırğınlarına dünyanın seyirci qalmaması, dinlərə qarşı dözümsüzlük nümayiş etdirmənin vacibliyi, dini inancların və inanclıların, onların ibadət yerlərinin aşağılanmaması və s.s əhatə edən yekun bəyanat qəbul olunub. Bu mövzuda konfransların davamlı keçirilməsinin, qeyri müsəlman ictimaiyyətinə də sağlam İslamın tanıtdırılması zərurəti söylənilib.
Sonda çıxış edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşəkkür lövhələri iştirakçılara isə Kərim Ucarın təlifi olan “Sülh və Şəfqət dini İslam” və “Rəhmət Peyğəmbəri Hz. Məhəmməd (s)” kitabları hədiyyə olunub.

Qeyd edək ki, konfrans öncəsi 31 mart soyqırımının qurbanları yad olunub, şəhidlərə Allahdan rəhmət dilənilib. Gürcüstan və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün dua edilib.

Read 175 times