Thursday, August 22, 2019

TBİLİSİDƏ “9 APREL - AZADLIQ VƏ VƏTƏN UĞRUNDA FƏDAKARLIQ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Written by  Aprel 09 2019
Rate this item
(0 votes)

Bu gün Tbilisidə yerləşən Ambasadori mehmanxanasında 9 aprel hadisəsinin 30 illliyinə həsr olunmuş anım tədbiri keçirilib.


Tədbirdən öncə din rəhbərləri və azərbaycanlı ictimaiyyət xadimləri Parlament binasının qarşısında 9 aprel faciəsinə qurbanlarına həsr olunmuş abidənin önünə əkil qoyublar.
“Azadlıq və vətən uğrunda fədakarlıq” başlıqlı tədbirdə Gürcüstan Müsəlmanları idarəsinin şeyx və müftiləri, din, elm və ictimaiyyət xadimləri iştirakı edib.
Tədbirin aparıcısı Mayak Nemətov tədbirin məqsəd və məramını qeyd etdikdən sonra iştirakçıları 9 aprel faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev, Qərbi Gürcüstan müftisi Hacı Beqlar Kamaşidze, Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Dini Məsələlər üzrə dövlət Agentliyinin nümayəndəsi Serqo Parulava, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev, Tehran Universitetinin Hüquq fəkultəsi məzunu Kamran Məmmədov və digər elm və ictimai xadimləri çıxış ediblər. 
Çıxış edənlər ölkəyə müstəqillik bəxş edən 9 aprelin tarixi qəhrəmanlığı, səbəbi, mahiyyəti, İslamda azadlıq, Dinimizə görə vətən və vətənpərvərlik anlayışı və s. mövzularda danışıblar. Belə tədbirlərin keçirilməsinin vətəni sevmək, onu qorumaq üçün gənclərimizin vətənpərvər və mənəvi dəyərlər ruhunda tərbiyə olunmalarına təsirə malik olduğu qeyd olunub.
Çıxış edənlər tarixi məqamlara nəzər salaraq iki qonşu ölkələrin - Gürcüstan və Azərbaycanın bir çox məqamlarda olduğu kimi məhz 9 aprel acısının böyük bənzərini 20 Yanvar faciəsində eyni ilə yaşadıqları haqqında da danışdılar. Sonda hər iki qonşu ölkədə sülh və əminamanlığın, azadlıq və süverenliyin əbədi olmasına, işğala məruz qalan torpaqlarının azad olunmasına və eləcə də dünya ölkələrinin barış, bolluq və firavan gələcəyi üçün dualar edilib.

Read 144 times